Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

11 İyun

2012
1582
BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
Yəqin ki, bayrağın dəyərini, onun ölkə üçün hansı önəm daşıdığını bilirsiniz. Önəm daşımasaydı, bu atributun varlığı barədə heç danışan, onu başı üstünə qaldıran da olmazdı.
Azərbaycan Respublikasının Konstitusiyasının 75-ci maddəsində göstərilir ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.

Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir.

Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir. Lakin hal-hazırda Azərbaycan Respublikasının dövlət atributlarına həsr edilən normativ aktlardakı tələblərə əməl edilməsinə müəyyən laqeydlik, qeyri-ciddi münasibət müşahidə olunur. Gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması əvəzinə, onun necə təhqir olunması nümayiş etdirilir.
Dünən ANS telekanalının saytında gəzişərkən təsadüfən özünü stilist adlandıran Samir Əliyevin fotolarına rast gəldim. İlk öncə diqqəti cəlb edən elə də önəmli şey yox idi, onun yubka geyinməsindən başqa. Amma bir qədər də irəli getdikdə, dəhşətli mənzərə göz önünə çıxır. Azərbaycanın dövlət atributu biabırçı dərəcədə təhqir edilib. Bayrağımızın rəngləri ardıcıl istifadə edilməklə yanaşı, onun üzəri insanın kəllə sümüyü ilə "bəzədilib". Maraqlıdır, görəsən döyüşü alnımıza yazan ANS rəhbərliyi bu təhqiri görməyib? Yoxsa bayrağımızın təhqiri artıq adiləşib?


Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci və 11-ci maddələrində deyilir:

"Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr.
Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.

"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət.
Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur."

Bu maddələri elə-belə təsadüfən yazdım. Yazdım ki, dövlət rəmzlərimizi tanıyaq. Və yaddan çıxarmayaq ki, o rəmzləri Qarabağda ucaltmaq istəyirik. İşğal altında olan Qarabağımızda. Doğrudan a, görəsən Qarabağımız niyə işğal altındadır?
Şərhlər
Seyid tərəfindən 02-08-2012 16:47:55 tarixində yazıldı
Allah bu millətə qeyrət versin.ANS-dən heç gözləməzdim.Buları reklam edib beyinləri yuyanlar nə düşünür görəsən.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 18:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru