`İMİC` XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Bu yaxınlarda ANS-in "Günəbaxan" verilişində
bir hicablının danışdığını gördüm. Söhbətin nədən getdiyini anlamaq
üçün dayandım. Və elə bir şeyin şahidi oldum ki, bilmədim, güləm, ya
ağlayam. Bu hicablı şəxs... "kişi" imiş. Onun şəxsiyyəti ilə işim
yoxdur, çünki bu elə bir məsələlərdəndir ki, Allah qarşısında hər kəs
özü cavab verməlidir. Məni narahat edən başına hicab bağlayaraq, bunu
"imic" adlandırması idi. Çünki bu, yuxarıdakından fərqli olaraq təkcə
şəxsin özünə yox, ətrafına da təsir göstərir. Özünü stilist adlandıran
Samir adlı bu kəsin məqsədinin isə sadəcə gəncliyi öz gününə salmaq
olduğunu söyləsək, yəqin yanılmarıq.
Gənclik - cəmiyyətin güc mənbəyi və gələcəyimizi təmin edən ilahi bir əmanətdir. Ədəbli və tərbiyəli bir gəncliyə sahib olan millət sabaha ümidlə baxar.
Dövlətimizə, millətimizə, dinimizə düşmən olanlar isə bu neməti əlimizdən almağa çalışırlar. Özü də aram-aram.
Əvvəllər Azərbaycan gəncliyi öz mərifəti ilə hamı tərəfindən tanınırdı. Hətta ateist sovet hökuməti belə, bunu əlimizdən ala bilmədi. Yadımdadır, deyirdilər ki, keçmiş Sovet məkanında avtobusda, yaxud metroda kimsə durub yaşlılara, xanımlara, əliuşaqlılara yer versəydi, hamı bu şəxsin azərbaycanlı olduğunu anlayırdı. Düşmənlərin birinci addımı bu mənəvi zənginliyi əlimizdən almaq oldu. Xanımlara yer verməməyin təbliğatı başlanıldı, deyildi ki, "gender bərabərliyidir". Bunun ardınca qocalar görməməzliyə vuruldu: gənclər ya gözlərini yumaraq iPad-dakı musiqiyə qulaq asır, ya da başını dizinə birləşdirərək, telefonla oynayır.
Bunun ardınca küçədə nəsə alıb yemək dəbə düşdü. Atam həmişə evə kağız torbada ərzaq alardı ki, birdən məhlədə kimsə görər, ancaq almağa imkanı olmaz. İndi isə gənclər dönərin mayonezi damlada-damlada yeyərək, əlini pul üçün uzadan, gözü isə isti çörəyin arasından görünən yağlı ət tiklərində qalan dilənçiyə əxlaq dərsi keçir, "get işlə, pul qazan. Mən sənə pul versəm, tənbəl öyrədərəm, elə həmişə əlini açarsan", - deyir. Bu yerdə Lev Tolstoyun sözü yadıma düşdü: "Hər kəs insanlığı dəyişdirməyi düşünür, amma heç kim əvvəl özünü dəyişdirməyi düşünmür".
Deyəsən söhbətdən uzaqlaşdım axı... Nə isə dövlət, din düşmənləri bu dəfə namus məsələsini insanların beyinlərindən uzaqlaşdırmağa başladılar. Məktəbdə uşaqlar bayram tədbiri keçirərək, 10 il bir yerdə oxuduqları "qardaşlarının" təkidi ilə ilk içkinin dadına baxdılar, sonra rəqsə başladılar, arxası isə bir çox hallarda faciə ilə bitdi. İndi bəziləri deyəcək ifrata varıram, yadınıza salım ki, 2000-ci illərin əvvəllərində Masallıda "son zəng" tədbirindən sonra 10-dan çox qız özünü asmışdı.
Yaxud da rayondan valideyninin qəpik-qəpik yığaraq böyütdüyü, sonra oxumaq üçün Bakıya göndərdiyi övladları uzağı bir aydan sonra universitetdən qayıdanda yollarını bardan salırlar.
Bəli, gənclərimiz həqiqi elm, sənət, din və əxlaq mədəniyyətindən məhrum buraxılaraq, nəfsi istəklərin və mənəvi böhranların düyünləri arasına qalıblar. Bu gün elm, inam, sevgi öz yerini xəyal, xəyanət, bəzən də ruh düşkünlüyünə verib. Artıq gənclərimiz xoşbəxtliyi çox fərqli istiqamətlərdə mənalandırmağa başlayıblar. Onlar üçün pul, şöhrət, mövqe və nəfsi istəklər hüdudsuz səadətin tək yolu kimi görünür.
O gün mənə əziz olan bir xanım daha bir məsələnin incəliyindən danışdı. Deyir əsgərlik çağı oğlanların ən pis yaş dövrüdür. Bu elə bir zamandır ki, onlar tər ağaca bənzəyir və hansı tərəfi istəsən əyilər. Uşaqlarımız hərbi xidmətdə komandirləri tərəfindən təhqir olunur və məcbur edilir ki, bu məsələ sükutla qarşılansın. İş o yerə çatıb ki, hamı ata-ana söyüşünü laqeydliklə qarşılayır. Bu isə qeyrətsizliyə gətirir. Sabah xidmətdən qayıdan uşağın anasının yaylığına, bacısının namusuna sataşdıqda buna laqeyd yanaşır. Bəli, gəncliyimiz məchulluğa, ümidsizliyə doğru gedir. Hamı isə susur.
Əvvəllər satqınlara "get başına ləçək bağla" deyərdilər, indi isə "kişinin" başına yaylıq bağlaması "imic" sayılır.
Vallah, artıq Yer də insan qiyafəsindəki məxluqların bu hərəkətinə dözmür, onları zəlzələlərlə silkələyir, üzünə leysanlarla su vurur ki, ayılsın, amma nə fayda...
Dövlət düşmənləri isə bu həqiqəti görən həqiqi insanların timsalında Hacı Mövsümləri, Hacı Vaqifləri, Hacı Fəramizləri... susdurmaq üçün onları zindanlara atır, dalıyca da əlinin dodağının üstünə qoyub rəhmətlik Mirzə Sabirin şeirini deyir:
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın...

Şərhlər
AR tərəfindən 30-11-2011 13:29:42 tarixində yazıldı |
Cemiyyettde bele biabrchi insanlar choxdur.Bu "stilist" de onlardan biri. Amma bunun kimileri chixarib "stilist " kimi teqdim edib, "Ay camaat qulaq asin,bunun dediyine.gorun ne yaxshi "ideyalari" var " deyenlerdedir gunah mence. Kim buna stilist deyirse ele o da bunun kimilerdendir yeqin. Bunu Azerbaycan KIV Azerbaycan tamashachisina teqdim edirse,daha ne sozum ... Allah ozu hifz elesin... |
Yamin tərəfindən 06-12-2011 13:35:47 tarixində yazıldı |
Şərh |
HörmÉ™tli Emilya Siz o samir dediyinizi niyÉ™ günahlandırırsınz ? HÉ™yatda o qÉ™dÉ™r elÉ™lÉ™ri varki; Günah onları ora çıxarandadır ! Bir zamanlar ANS Telekanalında "DahilÉ™rin divanı" adlı verliÅŸ verilirdi. ÆvvÉ™la deyim ki, DahilÉ™ridÉ™ SMS-lÉ™ seçirdilÉ™r. VerliÅŸlÉ™rin birindÉ™ söhbÉ™t Dahi ÅžAH İSMAYIL XÆTAİ (ALLAH RÆMÆT ELÆSİN) haqqıda gedÉ™n zaman o dövrÉ™dÉ™k çox hörmÉ™t bÉ™slÉ™diyim Flora xanım "Ð’Ñ‹ что говарите ÅžAH İSMAYIL XÆTAİ kim olub ki" ifadÉ™si iÅŸlÉ™tdi. MÉ™n ondada günah görmÉ™dim. YenÉ™dÉ™ deyirÉ™m - günah onları ora çıxarandadır ! |
qayyum tərəfindən 10-12-2011 19:47:52 tarixində yazıldı |
Eline saqliq,Emilya xanim!! |
elnare agaali baci tərəfindən 13-12-2011 15:19:32 tarixində yazıldı |
halaldir giz geyretine |
kaw ki samir kimi oglanlar seni kimi geyretin hec olmasa ne oldugunu bileydiler |
Hesen tərəfindən 13-12-2011 20:53:56 tarixində yazıldı |
Hormetli Emilya xanim! Yazinizdaki sonuncu bendden basqa butun yazdiqlarinizla raziyam Amma bu da heqiqetdirki- Turbanin ve tip bas baslamagin islam dini ile hec bir elaqesi yoxdur |
taleh tərəfindən 30-12-2011 18:08:20 tarixində yazıldı |
ar olsun |
gunah onlarda deyil gunah tv kanallardadiki bele adamlari televizora cixardirlar ar olsun bele adamalara |
ceyhun zeynalov tərəfindən 05-01-2012 18:40:52 tarixində yazıldı |
mənim fikrim |
billirsiz hormətli yamin mən bilmirəm siz gadinsiz ya kişi cunki adiniz məni caşdirir nə isə vəziyət belədir televiziya şeytanin yuvasidi bəs sənin təgvana nə gəlib ora gedirsən elə bil magazada donuz əti satilir bilirsən haramdi niyə alirsan |
Aynur tərəfindən 23-01-2012 15:04:39 tarixində yazıldı |
"İMİC" XÆSTÆLİYİ, YAXUD QEYRÆTSİZLİYİN TÆBLİĞİ |
Hara gedirik goresen?!! Genclerimiz get gede cilizlasir. Hamile gadin gorende bele veclerine gelmir. yasli, usag, gadin ayirmirlar. eger budursa muasirlik, men muasir olmamaga ustunluk verirem. Oglanlarimiza bax!! Adamin eti tokulur. Biri var zorik, adam ona baxanda ne fikirlesdiyini de bilmir. ozunu basgalarina numune gosterir. deyir ki men kumirem. biz de belelerine baxirig. onu efire buraxan fikirlesmir ki, bele kimilerine usaglarimiz baxir. onu maraghlandiran yalniz ve yalniz reytingdir. teessuf ki, reyting de ancag beleleri ile yukselir. bizim usagligimizda senzura diye bir sey var idi:(( |
nicat memmedov tərəfindən 26-01-2012 19:31:00 tarixində yazıldı |
essalamu aleykum |
duz soze ne deyesen INSALLAH onlar hamisi oz cavablarini alacaqlar basimizi yere soxublar bular efide her sey verirler ele seyler verirler ki and olsun adam xecalet cekir. cox sagol ki bu movzuya toxundun ALLAH senden razi qalsin "Emilya" xanim. |
Elvin tərəfindən 28-01-2012 13:18:31 tarixində yazıldı |
Ilk novbede size ve sizin qisminizde butun Xanim Fatimeyi Zehranin hicabin layiqince qoruyanlara Allahin salami olsun.Bu bas alib geden biyabirciliq duzelen deyil Emilya xanim size gozel bir misal cekim:bir agac ekin ve onu 1gun,2gun,3gun,1ay,5aydan sonra gelin cixardin.Cixardacaqsiz amma 1 il sonra ve yaxud 5il sonra artiq gecdi agac kok salib Emilya xanim neyinki siz hec kim onu cixarda bilmez.Hem agac kok salir hemde sizin yasiniz otur evvelki gucunuz,quvvetiniz qalmiyib.Bizdede beledi artiq gecdi ancaq Qiyameti gozlemek qalir Insallah bizede dua elemek dusur.Allah sizi qorusun. |
gunduz tərəfindən 01-02-2012 17:00:31 tarixində yazıldı |
salam |
HELE SHUKRKI SIZIN KMI QEYRETLI IMANLI , ELAQLI QADINLARIMIZ QALIB , AMMA NEYNEYEK ICTIMAI QINAQ BIZDE QUVVEYE MINSEYDI ELE OZUM ONU BOGUB OLDURERDIM, HEYFKI BELE SHEY YOXDU BIZDE , EDAM EDILMELIDIR ELE INSANLAR , BAXMAYARAQKIM MEN EDAMIN HEMISHE ELEYHINE OLMUSHAM AMMA BU ADAM IMENNI EDAM EDILMELIDIRKI , BASHQALARINA DERS OLSUN |
Rovshan Isayev tərəfindən 18-06-2012 17:17:05 tarixində yazıldı |
serh |
Halaldi size xanim hamisi oldugu kimidi cemiyyet çox korlanib bunun neynen biteceyi çox pis olacag |
Bölmənin digər xəbərləri
- 04-02-2019 Əgər Allah istəsə...
- 04-09-2018 Hasarlar bizlərdən nələri aldı
- 22-04-2016 “Siçan cənnəti”nin D mərhələsindəyik
- 08-04-2015 Nəfəsi almaq da var, alıb verməmək də …
- 04-02-2014 AZƏRBAYCAN SÜRƏTLƏ QOCALIR
- 28-10-2013 Kim zəmanət verə bilər?
- 05-07-2013 Atasızlığın yaşı olmurmuş
- 19-12-2012 Mələkdən üstün, ya heyvandan aşağı?
- 17-11-2012 35 yaşında evlənən qonşumuz və it qudaları
- 12-11-2012 Vicdan çırağını təmiz saxlayaq
- 21/09/2012 ŞƏHİD TARİXİN QƏLBİDİR
- 05/06/2012 İNSANLIQDAN MƏXLUQA ÇEVRİLİRİK
- 28/04/2012 AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
- 03/04/2012 QƏFLƏT İÇİNDƏ OYNAYIB ƏYLƏNƏNLƏR
- 06/03/2012 UŞAQLARIMIZDA "QADAĞAN OLUNMUŞ MEYVƏ" SİNDROMU YARATMAYAQ
- 11/02/2012 İNDİ ADAMLARI HƏYAT ÖLDÜRÜR!!!
- 30/11/2011 "İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
- 22/08/2011 HƏYASIZ HƏYATIMIZ
- 30/10/2010 PARLAMENT SEÇKİLƏRİNİN YALANÇI HACILARI
- 09/08/2010 BİR GENERALIN OĞLU ÖLSƏ...
- 17/04/2010 MÜSİBƏT...
- 13/03/2010 Dilimizə sahib çıxaq
- 27/02/2010 YARADANIN NEMƏTLƏRİNƏ QARŞI NANKORLUQ
- 25/01/2010 DÜRÜST OLA BİLİRİKMİ?
- 08/12/2009 YOXSULLUQ MÖHÜRÜ
- 07/11/2009 SƏDƏQƏ
- 17/10/2009 HƏSƏD VƏ KİNİN ZƏRƏRLƏRİ
- 01/10/2009 SON PEŞMANLIQ...
- 12/09/2009 Oruc bala
- 05/09/2009 Ramazan ayının xüsusiyyətləri
- 18/07/2009 Gəncliyimiz - gələcəyimiz
- 04/07/2009 Keçmişdən ibrət almayan...
- 20/06/2009 Müsəlmanların eyiblərini araşdırmayın!
- 30/05/2009 Tətili təhsillə bəzəyək
- 22/05/2009 Kimə deyim dərdimi...