Bir müddət öncə Somalidə aclıqdan ölənlər üçün yardım karvanları başladı. Hamı əlindən gələn yardımları etdi. Kimi 5 manat, kimi 10 manat. Yardım edən dövlətlər də yox deyildi. Milyonlarla dollar, ərzaq göndərildi.
Yardımlardan sonra isə məlum oldu ki, sən demə Afrikadakı BMT anbarları aclıqdan əvvəl də ağzına kimi dolu imiş, sadəcə müəyyən maraqlar naminə bu yardımlar insanlara çatdırılmayıb.
Çox qəribə bir vəziyyət yaranmışdı. Hamı Afrika üçün ağlayırdı. Elə bu gün də ağlayır. Çünki Afrika dünyanın ən zəngin qitəsi olmasına baxmayaraq, bu qitənin xalqı bir içim suya, gündəlik qidaya möhtacdır.
Gəlin baxaq görək Afrikanın nəyi var.
Cənubi Afrika Respublikasında, Zimbabvedə almaz, CAR, Qana, Mali və Konqoda qızıl, demək olar ki, əksər ölkələrində neft, Qvineya və Qanada boksit, şimal sahillərində fosfor, maqnezium, dəmir, sink, Namibiyada uran yataqları mövcuddur. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, bu yataqlar zəngin yataqlardır.
Amma bu qitə acdır.
Çünki zəngindir. Zəngi olduğu üçün də imperialist güclər bu ölkələrin demək olar ki, hər birində vətən müharibəsi adlanan nifaq toxumu səpiblər. Və başlarını öz problemləri ilə məşğul ediblər. Bu problemlərdən isə məharətlə yararlanırlar, daşıyıb aparırlar bir ucdan məzlumun malını. Heç pay da vermirlər sahiblərinə. Ki, acından ölməsinlər. Zatən acından ölmələri, bir-birini qırmaları daha sərfəlidir. Ölkələr boş qalanda sərvəti talamaq daha rahatdır axı.
Amma Afrikanın səfalətində diqqətdən qaçan bir məqam da var. O məqamsa ondan ibarətdir ki, imperialist güclərin nəzarətində olan və milyardlarla dollarlıq büdcəyə malik şirkətlər - "Microsoft", "Apple", "Coca-Cola", "McDonalds", "Mercedes", "Nokia" və sair və ilaxırlar bu acından ölənlər üçün tüklərini belə tərpətmədilər. Bəlkə siz eşitmisiniz bu cür şirkətlərin hansısa acından ölən Afrika ölkəsinə yardım etməsini? Lap elə hələ də səfalət içində olan somalililərə 100 milyarddan aşağı olmayan büdcələrindən 100 milyon ayırdıqlarını? Hansı ki, onların ən az tanınmışının təkcə reklam büdcəsi illik olaraq 500 milyondan aşağı deyil.
Dünyada yüz milyonlar bu gün həm də bu şirkətlərdən birinin - "Apple"nin yaradıcısı Stiv Cobsun ölümünə göz yaşı axıdır. Yəni qəribə bir paradoks yaranıb. 1 nəfər ölür yüz milyonlar ağlayır, amma 1 milyon ölür stiv cobslar ağlamır.
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...