Məqalədə deyilirdi ki, guya bir valideyn onlara şikayət məktubu yazaraq, 8 mart üçün məktəbdə 50 manatdan pul yığıldığını bildirib. Həmişəki kimi, valideyn də adının çəkilməsini istəməyib. Bəh-bəh, nə gözəl faktdır.
Amma bir az da təəccübləndirici idi. Axı bizim də evdən 2 uşaq həmin məktəbdə təhsil alırdı. Demək ki, 100 manat heç nədən havaya uçacaqdı. Amma təəccüblü olan həm də o idi ki, indiyə qədər sözügedən məktəbdən heç bir müəllim nə üçünsə 1 manat da olsa pul istəyində olmamışdı nə məndən, nə də tanışlarımdan. Həmçinin qapıbir qonşumdan da belə bir söz eşitməmişdim. O qonşumdan ki, məktəbin təhsil səviyyəsinin yüksəkliyindən və bəzi məktəblərdən fərqli olaraq, pul söhbətinin olmadığını bildirdikdən sonra həmin qonşum uşağını "Zəkalar" litseyindən çıxarıb ora aparmışdı. Eləcə də ailəvi dost olduğumuz şəxslər də bu barədə heç bir söz söyləmirdilər. Bəs onda nə? Nə oldu ki, 7 saylı məktəbdə birdən-birə 50 manat toplayası oldular? Məktəb həmin məktəb, müəllimlər də eyni, direktor Gülnaz xanım da yerindədir. Və hər zaman olduğu kimi, gülər üzlə kollektivi idarə edir. Yəni dəyişən heç nə yoxdur. Dəyişən olmadığına görə, demək cavab da riyazi formula görə dəyişməzdir.
Yəni bir az əvvəl də qeyd etdiyim kimi, bu məktəbdə pul söhbəti ancaq kiminsə uydurması ola bilərdi. Və o uydurma da kiminsə ləkələnməsi və pul qoparılmasına xidmət edən bir nəsnədir.
İstəyən gedib yoxlaya bilər o məktəbdəki ab-havanı. Heç kəsi tərifləmək fikrim yoxdur, amma haqq olanı danmağı da özümə sığışdırmıram. Əgər siz deyən kimi, doğrudan da o məktəbdə rüşvət, korupsiya varsa, orada hansısa inkişafdan söhbət gedə bilməz. Gedin bir dəfə o məktəbə, 1-ci mərtəbədən 4-cü mərtəbəyə kimi istər dərs zamanı, istərsə də tənəffüsdə olan intizamı görün. Sinif otaqlarına baş çəkin, təmizliyə, səliqəyə, isti otaqlara baxın. Uşaqların yüksək səviyyədə təhsil alması üçün yaradılan hər cür müasir standartlara cavab verən sistemə baxın. Şagirdlərin davamiyyətinə baxın. Təhsilin səviyyəsinə baxın. Hər ayın sonunda, keçirilən dərslər üzrə şagirdlərin bilik səviyyəsinin yoxlanılmasına baxın. Şagirdlərin asudə vaxtını necə keçirməsi üçün yaradılan pulsuz dərnəklərə baxın. Məhz həmin dərnəklərin nəticəsi olaraq, 7 saylı məktəbin 2 şagirdi dama üzrə Azərbaycan çempionatına düşüb mart ayında məktəbi təmsil edəcəklər. Ki, onlardan da biri Bakı birinciliyində 2-ci yerə sahiblənib və bizim evdə yaşayır. İndi siz deyin, harada görmüsünüz ki, bir idarədə korrupsiya baş alıb gedə və orada inkişaf ola? Şəxsən mən belə bir yer tanımıram. Harada rüşvət, korrupsiya var, orada talan var, gerilik var. Sizin bəhs etdiyiniz təhsil ocağı isə inkişaf səviyyəsinə görə nümunə göstəriləcəklər sırasındadır. İnanmırsınızsa, gözlərinizi açın və sadəcə baxın, müşahidə edin.
P.S. Birdən düşünərsiniz ki, yəqin Aqil bu yazını sifarişlə yazıb. 13 ildir Azərbaycan mətbuatındayam. Bir çox tanınmış mətbuat orqanlarında çalışmışam. İşlədiyim kollektivdə hər zaman sözü üzə deməyi bacarmışam və hamı da məni bu cür tanıyıb. Bu gün də elədir. Və indiyə kimi bir nəfər çıxıb qarşıma deyə bilməz ki, filan vaxt filankəsi tərifləmisən və ya nahaq danışmısan. Kimsə deyə bilməz ki, Aqil haqqı deməkdən boyun qaçırıb, sifarişlə məqalə hazırlayıb.
GULUM***** tərəfindən 28-02-2011 02:53:11 tarixində yazıldı |
PAHOOO BEXTEVER BASHINIZA! |
ASSALAMUN ALEYKUM.QARDASHIM YAZDIQLARINIZI OXUDUM ELEBILDIM YUXU GORUREM.EYER BU 50 MAN SOHBETI SIZIN MEKTEBDE MOVCUD DEYILSE ONDA GELIN GENCE SHERI 14 SAYLI ORTA MEKTEBE.TA MEKTEB SOZU DEYIREM EEE SIZE MEKTEB DEYIL?ELEBIL ZIBILXANADI.ICERIDE O QEDER YASH ODUN YANDIRILIR KI USHAQ EVE GELENDE ETRINDEN MEST OLURUQ.TA MEKTEBDE NE SATMIRLAR?O QEDER IRI ADDIMLARLA IRELILEYIR KI,HETDA GELEN IL USHAQLARA PAYLANACAQ 60 QEP.GUNDELIYIN PULUNU DA INDIDEN 1MAN 50 DEN ZOR GUCUNE YIGIRLAR.HICAB SOZU DEYENIN AZ QALA DILINI KESERLER.OLA BILMEZ.CUNKI BU MEKTEBE CIDDI QANUN QAYDA VAR.AMMA HERDEN KORRUPSIYA SOZUNU ESHITMIRLER CUNKI XEYIR ELEMIR.NE BILIM EE QARDASH OOOOO QEDER FAKTLAR GETIRERDIM KI.AMMA QANINIZI QARALTMAQ ISTEMIREM.KASH KI,BIZIM USHAQLAR DA 7 SAYLI ORTA MEKTEBDE TEHSIL ALAYDILAR.ONA GORE DE DEYIREM BEXTEVER BASHINIZA(YAXSHI MENADA)ALLAH BALALARINIZA ZEHN ACIQLIGI VERSIN! |
Zamin Mursalov tərəfindən 02-03-2011 09:10:29 tarixində yazıldı |
Sifaris ? |
Qadasi sen ne deyirsen de hamimiz bugunku gunde mektebleride ,direktorlari da yaxsi taniyiriq.O nagili danisma bize. |
mamed mamedov tərəfindən 08-03-2011 20:30:33 tarixində yazıldı |
kash yazdiglarin dogru olardi.teessufki yaxin gelecekde bu nagila chetin inanan olsun. |
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...