Kim harada uduzub xal itirirsə, kimin harada burnunu yerə sürtürlərsə, acığı bizə tutur. Sanki bunların əvəzinə biz oynamalıyıq. Türklər demiş "hadi bə", heç öz əvəzimizə top qova bilmirik.
Nə isə, səhər tezdən başlayan həyacanımın bir az da artmasına internetdə oxuduğum bir idman xəbəri oldu. Zatən hər gün belə xəbərləri yüzlərlə oxuyuruq. Amma həyacan yaradacaq xəbər, qardaş dediyimiz Türkiyənin Milli komandasının oyunçularının və rəhbərliyinin bizim barədə, daha doğrusu Azərbaycan Millisi ilə bağlı söylədikləri idi. Təsəvvür edirsiz, görün iş hansı səviyyəyə çatıb ki, qardaşlarımız burunlarını yerə sürtən Almaniya Millisinin heyfini bizdən çıxacaqlarını, Azərbaycan Millisini darmadağın edəcəklərini açıq şəkildə bəyanlayırdılar. Yenə türklər demiş, "Yuh olsun sizə!"
Ya bir utanın, bir boyunuza baxın. Siz kimin heyfini kimdən almaq istəyirsiz? Biz erməniyikmi? Biz sizin düşməninizikmi? Ya, Allah xatirinə deyin, nə vaxt sizə yardım etməmişik? Nə vaxt sizlərin ayağından dartmışıq? Zatən siz hər zaman bizə üçüncü növ xalq kimi baxmısınız. Siz hər zaman bizdən trampilin kimi istifadə etmisiniz. Siz bizi qabağa verib arxamızdan işlər görmüsünüz. "Qarabağ düyünü çözülməzsə, Ermənistanla sınırları açmayız" - deyib, az qala qol-boyun gəzirsiniz. Qarabağımızın adından istifadə edib illərlə ucuz qiymətə qaz alıb odumuza qızınmısınız. Siz Türkiyə-Ermənistan matçı zamanı Azərbaycan bayrağını zibil qablarına atmışdınız. Siz Ermənistan-Türkiyə matçında Türkiyə bayrağı ilə Ermənistan bayrağını bir-birinə bağlayıb halay çəkirdiniz. Biz heç o Ermənistan bayrağı ilə ayaqqabımızı belə silmərik, murdarlanmasın deyə. Amma baxın siz neynədiniz? Məlun Hrant Dink öldürüləndə küçəyə çıxaraq "Hepimiz Hrant Dinkiz, hepimiz ermeniyiz!" şüarlarına daha birini əlavə etdiniz: "Almanların heyfini Azərbaycandan çıxacağıq, Azərbaycan Millisini darmadağın edəcəyik". Hələ bir çempionat əvvəl Milli komanda adına sizin qrupdan çıxmanız üçün verilən 3 xaldan danışmıram. Bumu bizə qoyduğunuz hörmət? Bumu abilik? Bumu bir millət, iki dövlət fısqırığı. Zatən sizin kimilər üçün bizdə "Evdə Qatır Məmməd, çöldə qotur Məmməd" deyilən bir məsəl var.
Bu həyacanımı bir balaca azaldacaq başqa xəbəri də oxudum. Milli komandamızın baş məşqçisi Berti Foqts həmişəki kimi optimist bir açıqlama vermişdi. "Türklərə sürpriz hazırlamışam" - deyə bildirirdi. O qədər də inanmadım. Çünki bizim bu Foqts hər zaman belə açıqlamalarıyla tanınıb. Hər zaman səfərə gedəndə "3 xal üçün getdiyini", ev oyunlarında isə "rəqibi məğlub edəcəklərini" açıqlayıb. Amma nəsə bu dəfə ona inanmaq istəyirdim. İnanmaq istəyirdim ki, nəhayət o dediyini edəcək. Ona görə yox ki, mən də əksər futbol azarkeşləri kimi nəhayət Millimizin qələbə sevincini bayram etmək istəyirdim. Ona görə ki, Türkiyəni təmsil edən bir Millinin üzvləri bizi "qaz" yerinə qoyaraq, yolacaqlarını bas-bas bağırmışdılar. Və mən də bu həddini bilməz qardaşlarımıza yerini göstərəcək bir Millinin arzusunda idim. "Qarabağ"ın qələbələrinin davamının "Azərbaycan"ın adına da yazılmasını istəyirdim.
Və nahayət o an gəldi. Bütün Azərbaycanı ayağa qaldıran, burnu yerə sürtülmüşlərin boylarından böyük danışmağın cavabını, oyunun ilk yarısının 39-cu dəqiqəsində Sadıqov verdi. Az oldu, bir qol oldu, amma saz oldu. Belə demək mümkünsə, bu oyunla Azərbaycan Millisi dünya üçüncüsü olmuş bir komandaya futbol dərsi keçdi. Başın sağ olsun abi! Biz vaxtı gələndə ayağa qalxmaq üçün təpər tapırıq, amma bunun üçün kimsəni ayağımızın altına almırıq. Sizin dillə desək, kəndi-kəndimizə, öyləcə, sadəcə kalkıyoruz.
Vaqif tərəfindən 13-10-2010 15:10:11 tarixində yazıldı |
Qelemine quvvet abi! Chox gozel yazmisan, Sen de 2-ci shilleni vurdun! |
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...