Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

04 Oktyabr

2010
2091
BİZİ BİRLƏŞDİRƏN DƏYƏR


Biri var. Hörmət etdiyim biri. Çox sözünü özüm yazmadım. Çünki hörmətin azaltma, çoxaltma dərəcəsi olmur. Hörmət elə bir cürdür. Yəni sevdiyin birini görəndə ayağa qalxırsansa, daim fikirlərini diqqətlə dinləyirsənsə, bu fikirləri özündə də götür-qoy edirsənsə, oradan özün üçün bir şey əxz edirsənsə, demək bu hörmətdir.
Mənim əhatəmdə belə adamlar o qədər də çox deyil. Sayı məhduddur. Demək olar ki, barmaqla sayılası qədərdir. Və hər zaman çalışıram ki, müəyyən çıxmazlara girəndə, azından onların nəzərlərinə müraciət edim. Əvvəl söylədiklərinə yenidən nəzər salım, amma baxın nələrlə qarşılaşıram - fikir fərqliliyi ilə.
Elə ciddi anlam ifadə etməsə də, narahat oluram. "Nədən" - deyə sual edirəm. Zamanmı? Bəli zaman fərqlidir. Məkanmı? Bəli məkan da fərqlidir. Ətrafmı? Bəli, ətraf da fərqlənir, zaman-zaman. Bəzən sinəyə çəkilənlər, müxtəlif zamanlarda, fərqli məkanlarda dışlanır. Bəs dəyişməyən nədir? Fərd. O fərd ki, bir zamanlar kimlərə görəsə masadan qalxırdı, yəni onu qəbul etmədiyindən "filankəs bu masada varsa, mən artıq yoxam" - deyirdi. Amma baxın indi nələr oldu, o filankəslər sən demə dost imiş. Nədən? Çünki zaman və məkan fərqlidir. Dəyişməyən isə yenə fərddir.
Dəyişən ətraf da fərqlidir, müxtəlif dəyərlərə sahibdir. Bir-birini sevməyən, bir-birinin nahaq olduğunu söyləyən, yəni tamamilə əks cəbhələrdə mübarizə aparan. Bu cəbhələr elə cəbhələrdir ki, heç zaman onlar həmfikir olmazlar. Çünki bir haqdır, digəri nahaq. Doğrudur, nahaq da bəzən haqqın olduğunu bəyanlayır, amma marağı çərçivəsində. Bu ona bənzəyir ki, qərbyönlü təşkilatlar daha çox qrant almaq (qrantı ona görə çoxaltma dərəcəsi ilə yazdım ki, ölçüsü, həddi var) üçün bəzən hesabatlarında "biz olmasaq Azərbaycanda İslama meyl artar, bunun qabağını almaq üçün filan işləri görmək lazımdır" - deməsinə bənzəyir. Amma baxın, yenə nə olur haqq uca olduğu üçün, nahaqqın səsi get-gedə eşidilməz hala gəlir. Bu cür öləzimiş səsi yenidən canlandırmağın isə bir yolu var, haqqı demək. Amma baxın, yenə nəsə var. O haqqı deməyə başlayan nahaq dillər, səsləri eşidilən kimi hər bir dəyəri ayaq altına qoyurlar. Ayaq altına qoya bilmədikləri yalnız bir dəyər var. O dəyər ki, 1400 ildir ayaq altına düşmür. Və düşməyəcək də. Demək, bizi birləşdirən bir dəyərimiz var. O dəyər ki, hamı onun işığına yığışır. Nahaqqın da o işığa doğru istiqaməti bizi ümidləndirməməlidir. İşığa doğru bu hərəkət isə Əfqanıstanda, İraqda müsəlmanların qırğınını dəstəkləyən və bu addımın birbaşa əmrvericisi olan Barak Obamanın Misirdə "Salamun Aleykum" - deyərək çıxışa başlayıb, dəyərləri ayaq altına almasına bənzəyir.
Nahaqqın haqqı deməyə başlaması isə sadəcə bizim haqq olduğumuzu daha ucadan bəyanlamağımıza rəvac verə bilər, fikrimizi fərqli zamanlarda, fərqli məkanlarda, fərqli şəkildə ifadə etməyə yox.
Hər halda, fərqli fikirlərə rəğmən mən yenə ətrafıma hörmət edirəm.
Zatən barmaqla sayılası qədər hörmətə layiq var ətrafımda.
Şərhlər
muzahir tərəfindən 12-10-2010 15:20:23 tarixində yazıldı
>>
Bu yazini chox beyendim..Muellife oz derin teshekkurumu bilririrem.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 02:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru