Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar
Məhvolma gəlib çatmadımı?!
Yazının
I hissəsi
http://faktxeber.com/yazar_25_205_B601351601ri%20nizamlar305n%20sonu%20art305q%20yax305nla351305b%20I.html
Yazının II hissəsi
http://faktxeber.com/yazar_33_205_C601miyy601tl601rin%20601c601li.html
Yazının III hissəsi
http://faktxeber.com/yazar_35_205_199246k252351252n%20s601b601bi%20el601%20budur.html"...Bizi ağılsızlarımızın etdikləri şeyə görəmi həlak edəcəksən? ...Bizi bağışla və bizə mərhəmət et. Sən bağışlayanların ən yaxşısısan." ("Əraf" surəsi, ayə 155) Filmlərdə müxtəlif təhlükə səhnələri, artıq yerini məhvolma səhnələrinə buraxır. İctimai həlak ssenariləri romanların və filmlərin təməl mövzusu kimi oldu. "Armagedon", "Altıncı element", "Sabahdan sonra" kimi filmlər, bir tərəfdən yaxınlaşan həlakın siqnallarını verərməkdəykən, digər tərəfdən, bu yaşayışın çıxmaz dalanını, yolun sonunun necə bir həlak olduğunun cəzasını da düşündürür, hətta virtual aləmdə də olsa, psixoloji olaraq qismən yaşadır. İnsanın qlobal istiləşmə, səhralaşma, buzlaşma kimi iqlim dəyişikliklərinə səbəb ola biləcək qlobal fitnə və fəsadlarının nəticələrini, Allah bilir, amma bu dövrün insanları da deyəsən dadacaq. Qərbin gedişi, texnologiyanın götürdüyü ölçü, sivilizasiya deyə təqdim edilən İslam xarici dünya görüşünün vəziyyəti, kütləvi qətllər paratoner kimi çəkilir. Qiyamət ssenariləri çatmır. Əslində qiyaməti, ətraf fəlakətlərinin gətirib çıxaracağı bir təbiət hadisəsi olaraq düşünmək, Qurani-Kərimdəki qiyamət hadisəsini təhrif etmək deməkdir. Bütün bunlarla birlikdə, Qiyaməti unudan, Qiyamət sonrasına hazırlaşmayan, hətta Qurandakı Qiyamət hadisəsini inkar edən insan, bunun dəhşətini istəməsə belə, indidən yaşayır. Siz necə düşünürsünüz, bu təhlükəli gediş tamamilə məhvə doğru deyilmi? Cəmiyyətlər indidən məhvi yaşamağa başlamadılarmı? Məhvolma gəlib çatmadımı?!
Fəlakət gəlib çatmamışdan əvvəl, açıq və ya bağlı bir şəkildə gələcəyini mütləq xəbər verər. "Sizə yetişən müsibətlər özünüzün qazandığınız gunahlara görədir və O, hələ onların çoxundan keçir." ("Şura" surəsi, ayə 30)
"...Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar" ("Şüara" surəsi, ayə 227).
Fəlakət çox vaxt gülə-gülə gəlir. "Qoy yesinlər, (dünyanın ləzzətlərindən) bəhrələnsinlər və arzular onların başlarını qatsın. Tezliklə başa düşəcəklər." ("Hicr" surəsi ayə, 3).
Yaxında, çox yaxında!
Kafirləri vəkil edərək onlarla dost olmağın zərərini hələ dünyadaykən çəkməyə başlayır "müsəlmanam" deyən, amma qeyri-müsəlman kimi yaşayıb, başqalarının da elə yaşamasına səbəb olanlar. Amerika öskürəndə Orta Şərq qrip olur, digərilərində də bir qəribə hallar baş verir. Böhranın yalnız iqtisadi olduğunu düşünənlər, çox yaxında yanıldıqlarını görəcəklər. Çökən yalnız iqtisadiyyat deyil, bütünlüklə bəşəri nizamlardır. Komada ölümü gözləyən xəstəyə sarğı müalicəsi və ya makiyajla sağlam imici vermək istəyirlər. 20-ci əsrin əvvəlində müsəlmanlara verdikləri ünvanı bir əsr sonra Qərbə və xüsusi olaraq ABŞ-a qaytarırıq: "Xəstə Adam!" Həm də süni tənəffüslə zorla yaşadılmağa çalışılan, reanimasiyada olan ölümcül xəstə.
Gündəlik 4 milyard dollar xarici borc ödəmək məcburiyyətində olan bu dövlət, kölələşdirdiyi məzlumların qanıyla bəslənir. Neft şeyxlərinin və müsəlmanları ABŞ adına idarə edən zalım tağutların ABŞ banklarındakı petrodolarları və şəxsi(!) hesabları bu xəstənin skeletinə qan yığmış, ölüm müddətini gecikdirmiş olsa da, bu vəziyyət xəstənin canlanmasına çatmayacaq; xəstəyə qan verənlər də xəstədən yoluxduğu mikrobla eyni aqibətə uğrayacaq. Neft gəlirlərini xalqının rifahı üçün deyil, ABŞ banklarına yatırdan neft milyarderlərinin vəziyyəti necədir görəsən? Başda Səudiyyə Ərəbistanı olmaqla, Küveyt və körfəz ölkələri əmrləri, şeyxləri nə qədər dollar itirdilər deyə bilərsinizmi? Məndən soruşsanız, axirətdə itirəcəklərinin yanında, bu dünyadakı itkiləri heç də əhəmiyyət veriləcək qədər deyil. Yaşasın zalımlar üçün dünyada zillət və iztirab, axirətdə cəhənnəm!
"The End of History and the Last Man"
Çökmə başlayıb. Amma bu çöküşün ağrısı müdhiş olacaq. Daha bir-iki il əvvəl Fransada avtomobil yandıraraq qıyam edən əzilmiş gəncliyi xatırlayaq. Sanki kölələşdirilən zəncilərin qiyam qaldırdığı və özlərinə edilən zülm və istismarın hesabını soruşduğu günləri görən kimi oluram. Azğınların sonu, dünyada da çox pis olacaq, bu qətidir; amma o azğınların iziylə addımlayanlar da, onların aqibətinə uğraya bilərlər, bu da bir xəbərdarlıq...
Sovetlər Birliyi çökəndə ölkə kapitalistləşdi. ABŞ isə çökmə müddətinə girdi, o da kommunistləşir. Kapitalizmin qanunlarına zidd olmasına baxmayaraq, dövlət iqtisadiyyata müdaxilə edir, batmağa başlayan böyük şirkətlərə kömək edir, dünya səhnəsindən çəkilmiş və ümidi olmayan kommunizm fəlsəfəsindən mədəd umurlar. Qurtarma paketlərinin yanında bankçılıq sistemi sürətlə milliləşdirilir. Buna görə də, yalnız bazar üzərində deyil, cəmiyyətlər üzərində də hər sahədə dövlət nəzarəti sərtləşdirilir.
Amerikalı politoloq və iqtisadçı alim Françis Fukuyamanın 1992-ci ildə çapdan çıxan "The End of History and the Last Man" adlı kitabını, "Tarixin Sonu"nu xatırlayaq. Digər xalqlara nisbətdə, tarixi belə olmayan ABŞ-ın, xarab kompasıyla tarixin ideal sonunu göstərdiyini iddia edirdi Fukuyama. Qürurun hiyləgər zövqüylə sərxoş Fukuyamanın dediyini tərsindən oxuyub sözlərinin tam əksinəni doğru qəbul etdikdə, günümüzə işıq tutduğunu görürük. Tarixin deyil, öz sonlarının başlanğıcı artıq gizlin qlmayacaq hala gəlib. Nə deyirdi o kitab? İnsanlığın çata biləcəyi mədəniyyət zirvəsinin, ABŞ-ın təmsil etdiyi liberal demokratik sistem olduğunu söyləyirdi. Arxasında bu qədər gözyaşı, qan və zülm buraxan kapitalizm və liberalizmin insanlığın əsri səadəti olduğunu dilləndirməyə çalışırdı. Yalnız Soyuq Müharibənin bitib "döyüş sonrası tarix"ə (post-war history) keçilmədiyini, artıq insanlığın ideoloji təkamülünü də tamamladığını, beləcə "Qərbli Liberal Demokratiya"nın qloballaşaraq bütün insanlığın son rəhbərlik şəklinə çevrilməkdə olduğunu, bir başqa ifadəylə insanlığın ideoloji olaraq, bu kapitalist və liberalist dünya görüşüylə sona çatacağını, daha başqa bir mərhələnin olmayacağını azğın və müstəkbir havasıyla iddiadan da kənar qışqırırdı. Qürur onsuz da aldanmaq deməkdir; hər qürur sahibi əvvəl özünü aldadar. Öz batil nizamlarını, bu səbəbdən özlərini tanrılaşdıran bu nəzəriyyə bütü, çox qısa zamanda öz-özünə devrildi. Oğru Qərb və vəhşi Amerika, artıq istismar edəcək yeni afrikalar, qanı əmiləcək zənci və qırmızıdərililər tapa bilmədiyi üçün, şirin yuxuları kabusa döndü.
Ölkələr, küçələr, evlər, beyinlər, könüllər işğal edilmiş bir vəziyyətdədir
Başqasının qanıyla ancaq bu qədər yaşanar. Qərb çıxış yolu olmayan bir labirint içində çaşqın vəziyyətdədir; strategiya hazırlamaq qəbizliyi yaşayır. Dünyanı qucaqlayan səs-küy və murdar qoxunun səbəbi budur. Onsuz da yuxular tez bitər və hər yuxu bir yuxunun göstəricisidir. Amerikanın yuxusu da sona yaxınlaşır. Amma aydın olan odur ki, Amerikanı və oradan da dünyanı idarə etməyə çalışanlar, yuxunun bitməsindən xoşlanmır. Bir anlıq oyanmaqla sona çatan o şirin yuxunun davamını görmə ümidiylə yenidən yatmağa və xalqları yatırtmağa davam etməsi hiss edilir. Kralın çılpaq olduğunu fərq edənlər də, öz çılpaqlıqları ortaya çıxmasın deyə, olanlara dillənmirlər. Şirkin zülmü qloballaşır. Yeni imic, aldatma, vitrin, reklam, istehlak və iflas zamanıdır. Dəlilik, azğınlıq və üsyan heç bir sərhəd tanımır. Nə qədər insan İslamın mükəmməl yaşayış sistemi olduğunu bilmədiyindən, onu alternativ olaraq görmür, hətta onu bu zəlalətdən çıxarmaq istəyənlərə düşmən gözü ilə baxır. Müsəlmanların da böyük bir hissəsi müsəlmanlığın nə olduğunu bilmir. Bilənlərin də etdikləri, gücləri çərçivəsində çox azdır. Bu mühitdə, texniki imkanlarla bəzənən, nəhəngləşən, qloballaşan fitnə, yalnız baiskarları deyil, bütün insanlığı gəmirir. Ölkələr, küçələr, evlər, beyinlər, könüllər işğal edilmiş bir vəziyyətdədir. Müsəlman olduğunu iddia edənlərin də böyük hissəsi, şüursuzcasına şirkin qucağına atılır, nicat yolunu zalımların sırasında, Amerikayla əməkdaşlıqda, Avropa axtarıb, bunu islah zənn edir. Unutmayaq, müsəlmanlar üçün ölçü meyarları Vaşinqton, Danimarka, London, Təl-Əviv və sair deyil.
Biz adımızdan əmin olduğumuz kimi, bilirik ki, bəşər məhsulu olan zalım rəhbərliklərin ömürü uzun sürməz, heç bir ümmətin varlığı əbədi olmaz. Çox qısa bir zaman içində Sovetlər Birliyinin sürətlə çöküşünə şahidlik edənlər, liberal demokratiyanın da leşini tarixin zibilliyinə atacaq. Bəs, sonra nə olacaq? Bu böhran, möminlərə böyük imkan və fürsət verib. Dünya bir qurtuluş axtarır. Kapitalizm və kommunizmdən başqa rəhbərlik tərzi bilməyən insanlığın son şansıdır İslam. Müsəlman kimi inanıb, müsəlman kimi yaşayan müsəlman görmədiyi, güzgüdə boyunun ölçüsünü götürüb özünə baxa bilmədiyi üçün, insanlıq öz səhvlərinin nəticəsini görə və çıxış yolu tapa bilmir.
Hadisələr, inkişaflar yeni bir dünya nizamına hamilədir. Bəşəri nizamların sonu artıq yaxınlaşıb. Qərbin insanlara verəcəyi, vəd edəcəyi, ümidləndirəcəyi heç bir dəyəri qalmayıb. Dünya və axirət qurtuluşunun harada olduğunu bilən insanlar olaraq bizə çox iş düşür. Üçüncü bir nizama, alternativ qurtuluş nizamına bu gün çox ehtiyac var. Sizcə belə deyilmi?
Bölmənin digər xəbərləri
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...