Dünən müxalifətin növbəti mitinqi idi. Həmişəkimi kimi. Mitinqi harada keçirəcəkləri bəlli deyildi. Əslində bəlli idi. Bakı şəhər İcra Hakimiyyətinin binasının qarşısı. Amma mitinqin orada keçirilməyəcəyi gün kimi aydın idi. Çünki iki böyük müxalifət partiyasının birgə keçirəcəyi mitinqə azından 20-30 min adam gələr, daha 200-300 yox. Ona görə də pərakəndə şəkildə aksiya adı ilə böyük bir ərazidə polislə qaçdı-tutdu oynamaq daha yaxşıdır. Biabır olmamaq üçün. Bu da öz günahlarıdır, çünki ötən seçkidən keçən 5 il ərzindən onlar sadəcə olaraq bir-birini ittihamla məşğul olublar, bir də ayanda-çayanda müsahibələr verərək pafosla "bu hakimiyyətin ömrünə az qalıb" deyiblər. Sadəcə desələrdi kifayət idi, həm də iddia ediblər. Necə ki, 2003-cü ilə kimi "X (iks) günü" - deyərək hər həftə çıxışlar edirdilər. Onların dediyi "X günü" oldu. Arxasınca "Y günü" başladı, "Z günü"nə isə hazırlıq gedir. Amma müxaliflərimiz hələ də, "bu hakimiyyətin ömrünə az qalıb, qarşıdan gələn seçkilər onların iqtidarının sonu olacaq" bəyanatlarını səsləndirirlər. Maraqlıdır, görəsən bu cür fikirlər səsləndirən partiya liderləri bir dəfə də olsun fikirləşirlərmi ki, bu cür sözləri onlar 15 ilə yaxındır deyirlər. Hər seçkidən sonra isə dediklərinin sabun köpüyü olub uçduğunu görəndə, günahı xalqda axtarmağa başlayırlar ki, bizə dəstək vermirsiz. Amma fikirləşmirlər ki, bu xalq hər şeyindən keçib 2 dəfə - 2003 və 2005-də sizlərə dəstək verdi. Bəs siz neynədiz? Xalqın qabağında addımlamadız, "Mersedes"lərinizə minib qaçdız. Və susduz. Daha doğrusu susduruldunuz. Neçəyə? Allah bilir. "Bzim demokratiya satlıq deyil! .... nefti!" - yazılmış şüarla çıxırdınız mitinqlərə.
***
Balam, iqtidarın analoqu olmayan inkişaf göstəricilərini hər müsahibənizdə tənbeh edirsiz, niyə bir dəfə də öz analoqu olmayan müxalifliyinizin bərbad gündə olmasından danışmırsız, hal bu ki, "ana müxalifət" adına iddialısınız? Məncə siz ana müxalifət olmağın sadəcə adını eşitmisiz, əslində onun necə formalaşmasından xəbəriniz belə yoxdur. Xatırladım ki, ana müxalifət olmağın yeganə yolu xalqı arxasında hiss edib, xalqın önündə getməkdir. Amma siz neynirsiz, seçkidən-seçkiyə düşürsüz ortaya, 60-70 adamla adını mitinq qoyduğunuz nəsnəni keçirirsiz. Sonra da başlayırsız Havay adalarından Havay adalarına kimi çığır-bağır salmağa ki, bəs bizim səsimizi boğurlar. Maraqlıdır ki, niyə bizim müxalifət daim köməyi Qərbdən, məxsusən okeanın o tayından gözləyir? Məgər bilmirlər ki, hakimiyyətin mənbəyi xalqdır, Amerika yox?
Bu şəkildə gördüyünüz sizin 2002-ci ildə keçirdiyiniz mitinqlərdən sadəcə tək görüntüdür. Bundan sonra sizin mitinqlərdə Qarabağ şüarı olmayıb.
Qərbdən gələn milyonlarla dolların həcminin artması üçün yeni-yeni gənclər təşkilatları da yaratdınız; "Çağrı", "Yeni Fikir", "Dalğa", "Məqam", "Yox!" sonda da "..x!" Hanı indi o təşkilatlar?
Bu şəkildəki partiya rəhbərlərinə diqqətlə baxın. İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Lalə Şövkət Hacıyeva, Əli Kərimli, Sərdar Cəlaloğlu, Əli Əliyev. Görəsən niyə indi onlar bir yerdə deyillər? Birincinin (İsa Qəmbərin) üçüncünü (Lalə Şövkəti) görməyə gözü yoxdur. Əli Kərimlinin Mirmahmud Mirəlioğlunu. Əli Əliyevin Əli Kərimlini. Hansını dindirsən, Azərbaycanda müxalifət adına iddialıdır. Bax buna görə, siz birləşə bilmirsiz. Həm də ona görə ki, demokratiya adına alıb şəxsi büdcənizə topladığınız pulları demokratiyanın qələbəsinə deyil, həyat şəraitinizin yüksəlməsinə xərcləyirsiz. Bahalı maşınlarda gəzirsiz (iddia edirsiz ki, dostunuz alıb), cangüdən saxlayırsız (bilmək olmur siz kimdən qorxursuz), qalstuksuz gəzirsiz (guya siz də sadə xalqın nümayəndəsisiz), uşaqlarınız isə xaricdə təhsil alır (bax buna veriləcək cavabınız yoxdur).
***
Hillari Klintonun Bakı səfərindən öncə çirtmə çalıb oynayırdılar. Ki, Klinton seçkiqabağı onlarla görüşəcək, onlar da bundan istifadə edib mətbuat səhifəsində o ki var reklam olunacaqlar. Həmişəki kimi xalqa Amerikanın bu seçkidə 100 faiz onlara dəstək verdiyini bəyanlayıb, mitinqlərə çağırışlar edəcəkdilər. Hər şeydən bezmiş xalq da yenə də onlara inanacaqdı. Küçələrə çıxacaqdı, döyüləcəkdi, həbs ediləcəkdi, xəsarət alacaqdı. Daha sonra isə Vətən uğrunda həmişə mübarizəyə hazır olduqlarını bağıran bir-iki müxalifət nümayəndəsi mitinqlərdəki şəkillərini götürüb xarici ölkələrdən sığınacaq istəyəcəkdi ki, ona təzyiqlər edilir. Amma Hillari neynədi, onları Ramin Hacılı qədər də olmadığını dolayısıyla bəyanladı. Bunlar isə pərtliklərini gizlətmək üçün işə başladılar. AXCP ilə Müsavatı evləndirmək istəyirlər. Bəylər, alınan deyil. Vallahi də, billahi də alınan deyil. Yəni siz görmürsüz ki, sadə müsavatçıları demirəm, heç başqanın yanındakılar Əli Kərimlini özlərinə sədr kimi görmək istəmirlər. Məgər onlar istəyərlər ki, illərlə can qoyduqları partiyalarına gəlib Əli Kərimli başçılıq etsin. Eləcə də əksinə, məgər AXCP-çilər istəyərlər ki, illərlə can qoyduqları partiyaları ləğv olunub Müsavata üz tutsunlar, liderləri də İsa Qəmbər olsun? Moşu "xoşbəxtlik" üçün qafiə axtaran kimi, bunlar da birləşmə modulu axtarırlar. Bəylər, sizin birləşmək üçün bir modulunuz var, bacarmadığınız bu işdən istefa vermək. Qoyun sadə müsavatçı, cəbhəçi özlərinə yeni rəhbər təyin etsin. Siz isə son olaraq ömürünüzdə bircə dəfə mərdi-mərdanə çıxıb, səhv əməllərinizi xalqın qarşısında etiraf edib, bağışlanmaq istəyin. Səhvlər etdiyinizi boynunuza alın, sonda da xalqdan dəstək istəyin. Bəlkə onda, işsizliyin İspaniyada 20 faiz, Azərbaycanda isə yox səviyyəsində olduğunu bəyanlamağın həyasızlıqdan başqa adı olmadığına şübhə yeri qalmayan xalq sizə yenidən dəstək verə.
***
Müxalifətin dünənki "tarqovı" qaçışında bir şəkil diqqətimi cəlb etdi. Qışqırmaq istəyən bir gəncin ağzını polis ikiəlli var gücü ilə yummağa çalışır. Maraqlıdır, görəsən bizim bu gözəl-göyçək polisimiz nədən qorxur? Ondan qorxur ki, o gənc söyüş söyür, istəmir ki, xaqın qulağı pis söz eşitsin? Yəqin ki, yox dəfələrlə bizim bəzi polislərin ictimai yerlərdə necə biədəb sözlər işlətdiyinin şahidi olmusuz. Bəlkə ondan qorxur ki, oğlan ictimai yerdə dəli kimi qışqırır, o da istəmir ki, camaatın istirahəti pozulsun? Məncə bu da deyil, çünki bizim polislərin camaatın istirahət hüququnu necə pozduğuna da şahid olmusuz. Bəs onda nə? Məncə bu gənc haqqı hayqırır. Haqqı çağırır. Pozulmuş hüququnun bərpasını istəyir, oğurlanmış səsini istəyir. Rüşvətxorluğun durmasını istəyir. Bizim polis qardaşımız buna görə onun səsini boğmağa çalışır. Çünki istəmir ki, kabinetdə kondisioner altda oturan böyükləri narahat olsun. Maraqlıdır, görəsən ağzı bağlanan qardaşın sırasına bir neçə nəfər qoşulsa o polis onların ağzını nəylə bağlayacaq? Silahla? Bəs bir tikə çörəyə görə özünü qılınca çarpmağa hazır olan milyonları necə...
Sonda təqdim etdiyim bu şəkildəki şüarın tərcüməsini isə müxalifət rəhbərlərimiz tərcümə edib bir az utansalar yaxşıdır.
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...