Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

26 Mart

2010
2261
...HƏM DƏ...

Uzun zamandır yazmırdım. Mövzusuzluqdan deyil, yorğunluqdan. Fiziki cəhətdən deyil, mənəvi cəhətdən yorulmuşdum. Əgər soruşsaz ki, niyə yorulmuşam, bax bu çox vaxt aparacaq bir söhbət mövzusudur. Ona görə deyirəm ki, sadəcə yorulmuşdum.

Yorulmuşdum, amma bu gün yorğunluğum bitdi. Daha doğrusu yorğunluğumu unutdum. Ən doğrusu isə, yorğunluğumun gündəmdə olan mənəviyyatsızlığa görə yersiz olduğunu gördüm.

Son 2 gün ərzində 2 mənəviyyatsız hərəkətin şahidi oldum. Və Azərbaycanda bu cür mənəviyyatsız hərəkətlərin, onları yaşadanların olduğunu görüb, hələ yükü yerə qoymağın tez olduğunu düşündüm və öz payıma düşən yükü yenidən götürüb, ağzı yoxuşa olmasına baxmayaraq, aram addımlarla da olsa, getməyə qərar verdim.

 Təsəvvür etməzsiniz, hər iki mənəviyyatsızlıq hadisəsi daim Azərbaycanda vətənpərvərliyi, əxlaqı, mənəviyyatı təbliğ etdiyini söyləyən, döyüşün alnımıza yazıldığını özünə lozunq seçən bir kanalla - ANS-lə bağlıdır.

İlk hal, həqiqətən də bu kanalın Azərbaycanda vətənpərvərliyə, əxlaqa, mənəviyyata önəm verdiyini göstərirdi. Belə ki, kanalın anspress.com adlı saytında Azərbaycanın xalq artisti adına layiq olmayan birinin (onun adını çəkməyin özü belə mənim üçün aşağılıqdır - A.M), gündəlik çörəkpulunu qazanmaq üçün işıqforlarda dayanıb maşınların şüşəsini silən bir uşağa "Qoduğun biri cındır..." deyərək təhqir etməsi, daha doğrusu bu cür mənəviyyatsız bir hərəkətlə, əslində ona verilmiş xalq artisti adının necə aşağılandığını bir daha göstərmiş oldu. Bundan əlavə, həmin şəxsin bir müddət əvvəl dövlət tərəfindən ona verilmiş evdə paltarlarını saxlayacağını, qarderob edəcəyini söyləməsi də, bir əxlaqsızlıq nümunəsi idi. Halbuki, əxlaqının, mənəviyyatının, vətənpərvərliyinin bu cür insanlardan qat-qat artıq olduğu mənim kimilər, ehtiyacımız olduğu halda, dövlətin belə qayğısından məhrumuq.

Bu xəbərin məhz ANS-in adı ilə bağlı olması, daha doğrusu heç nədən çəkinməyərək yayımlanması, onlara qarşı olan fikirlərimdə müsbət çalarlar yaratdı.

Amma... Amma bu səhər yayımlanan "Günəbaxan" verilişi, yaranmış o çalarları yenidən məhv etdi. Sanki hansısa gözəgörünməz bir əl, özünü vətən, əxlaq, mənəviyyat keşikçisi kimi göstərən bu kanalla Azərbaycanımıza əxlaqsızlıq, mənəviyyatsızlıq aşılayır.

Əvvəllər, günün-günorta çağı əxlaqsız seriallar və filmlər təqdim edərək, gənclərimizin milli, mənəvi, vətənpərvər ruhuna bilərəkdən zərbə vuran bu kanal, daha sonra bu sıraya daim Azərbaycan xalqına hörmətsizlik edən, dinini, inancını ələ salan "Günəbaxan" verilişini əlavə etdi.

Bir müddət əvvəl ziyarətgahları, pirləri, ocaqları təhqir edən, onlara getməyin günah olduğunu söyləyən əxlaqsızın biri, daha sonra İmamların adına layiq olmayan sözlərlə onları təhqir etməyə cəhd göstərmişdi. Bəli, məhz cəhd göstərmişdi. Çünki onun kimi əxlaqsızlar, bu işi etməyə özlərində cürət tapmazlar.

Amma görünür Turan kimilərinin Azərbaycan cəmiyyətində çoxluğu və onlara qarşı etdikləri əməllərə görə, heç bir inzibati cəzanın tətbiq edilməməsi, onların daha da əl-qol açmasına səbəb olur.

Buna misal kimi, bu gün səhər əxlaqsız hərəkətləri ilə daha çox tanınan və "Günəbaxan" verilişinin aparıcısı Turanın, əyninə "İf you want more, just be my WHORE" ("Əgər çox istəyirsənsə, sadəcə fahişəm ol") sözləri yazılmış köynək geyməklə, 9 milyonluq Azərbaycan xalqını təhqir etməsini göstərmək olar. Təsəvvür edirsiz bu nə deməkdir. Bu o deməkdir ki, döyüşü alnına yazmış şəxslər əslində ermənilərlə deyil, AZƏRBAYCAN XALQI ilə döyüşmək istəyirlər. Bu o deməkdir ki, onlar həm də Azərbaycan xalqının əsrlərdir dəyişməyən MƏNƏVİYYATI ilə razı deyillər. Bu o deməkdir ki, onlar həm də Azərbaycan xalqının ƏXLAQI ilə mübarizə aparmaq niyyətindədirlər. Bu o deməkdir ki, onlar həm də Azərbaycan xalqının qız-gəlinlərini fahişəliyə daha çox layiq bilirlər. Bu o deməkdir ki, onlar ... HƏM DƏ...

Bax, bu HƏM DƏ-lər bitməyəcək. O vaxta kimi ki, Azərbaycan cəmiyyətində turan kimiləri televiziya ekranlarından xalqa əxlaq, mənəviyyat dərsi keçəcək, bəzilər isə mədəniyyətin nə olduğunu bilmədiyi halda "Gəlin özümüzü mədəni aparaq" - deyəcək və yaxud da digəriləri özünü mədəniyyət xadimi olduğunu göstərərək, icitimaiyyət içərisində mədəniyyətdənkənar "qoduğun biri, cındır" kəlmələrini söyləyəcək.

Şərhlər
Zamin tərəfindən 26-03-2010 15:35:28 tarixində yazıldı
Allah razi olsun qardash. Elin var olsun. Turan kimi itlerin burnunu yere surtmek lazimdir bu cur yazilarla
ZAUR tərəfindən 26-03-2010 16:24:59 tarixində yazıldı
DEYIREM OZUNUZU NIYE YORURSUZ E. BUNLAR DUZELEN DEYIL. NECE DEYERLER, IT HURER, KARVAN KECER. ONLAR HURECEKLER, AMMA MENEVIYYAT QALACAQ
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2019 17:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru