Müsəlmanların böyük Avropa dövlətlərinə inteqrasiyası
sakit axınla artıq neçə onillərdir ki, müşahidə olunur. Bu dövlətlərə
ilk immiqrasiya etmiş müsəlmanların övladları və nəvələri demək olar ki,
heç vaxt öz inanclarından imtina etmir və bir çox Avropa dövlətlərində
başlıca dövlət vəzifələrini tuturlar. Aparılan araşdırmalar zamanı
məlum olub ki, dünyanın 200-dən çox ölkəsində 1.57 milyard müsəlman
yaşayır. Bu isə dünyanın 6.8 milyard əhalisinin təxminən 23 faizi
deməkdir. Qeyd etmək lazımdır ki, müsəlmanların sayının sürətlə artımı
və inkişafı başda beynəlxalq sionizm olmaqla, bir çox islam
düşmənlərini narahat edir. Bu narahatçılıq islam düşmənlərini sonda
İslam ölkələrini işğal etməsi, onlara qarşı soyqrım törətməsi və
müsəlmanları elmsiz, savadsız və inkişafdan qalmış kimi qələmə verməsi
ilə nəticələnir. Elə bugünkü mövzumuz da özünün nə müsəlman, nə də
xristian olduğunu söyləyən Elçin Bayramlı adlı şəxsdən ibarət olacaq.
Adını çəkdiyimiz şəxs saytımıza "Elçin Bayramlı commented on your
photo" başlıqlı şərh yazaraq həm islam dinini, həm də müsəlmanları
təhqir etmək istəyib. Özünü savadlı və elmli kimi göstərmək istəyən
şəxs, əslində heç bir elmi-dəlilə və məntiqə sığmayan fikirlər yazaraq
özünü gülünc vəziyyətə salıb. "Mən xristian deyiləm, amma hesab edirəm
ki, xristianlıq islamdan daha ağıllı, daha humanist, daha elmli, daha
normal dindir. O din ki siyasətlə məşğul oldu onu apar tulla"
fikirlərini səsləndirən Elçin adlı şəxs, yazdığı fikirlərə müəyyən
olunmuş faktlarla rəng versəydi daha gözəl olardı. Çünki boş-boş,
əsasız sözlərdən istifadə edərək İslam dinini gözdən salmaq istəyən və
xristianlığı İslam dinindən üstün göstərmək əslində düşmənçilikdən xəbər
verir. Çünki elm, təqva, hümanizm, əxlaq prinsipləri İslam dinində
əsas meyarlardan sayılır. Əgər xristianlıq belə tolerant din olsaydı
onda nə üçün bir çox xristian rahiblər evlənmir, özlərini Allahın
insanlara bəxş etdiyi halal işlərdən məhrum edir və sonda altdan-altdan
homoseksual həyat tərzi sürür?
Bir fərd olaraq mənim xristian dini ilə heç bir problemim yoxdur və bu
dinin əsil kökünü ilahidən gələn bir din kimi tanıyır və qəbul edirəm.
Lakin hazırda haqq və bütün sahələri kamil şəkildə əhatə edən bir din
təbbi ki İslam dinidir və bunu islam və sair dinlər haqda obyektiv və
savadlı şəkildə araşdırma aparan hər kəs anlaya bilər. Qeyd etdiklərim,
məndə təəssübkeşlikdən deyil, uca Allahıma olan imanımdan irəli gəlir.
Çünkü bəşəriyyətin sahibi İslam peyğəmbəri Muhəmmədə (s) göndərilən
Qurani-Kərimdə islam dinini bütün dinlərdən üstün və kamil sayır.
Bunun şahid olmaq istəyən hər bir şəxs Qurani-Kərimin "Ali-İmran"
sürəsini açıb oxuya bilər.
"Dünyanın ən müqəddəs bayramı sayılan Ergenekon bayramınız qutlu olsun!
Bu humanist, qansız, sülhsevər Tanrısal bir bayramdır. Mən bir
xristianın (ya da başqa dinə tapınanın) bu bayramın əleyhinə çıxdığını
görməmişəm, amma xeyli belə müsəlman tanıyıram" fikirləri Elçin
Bayramlının nə qədər dar düşüncə sahibi olduğunu ortaya qoyub.
Maraqlıdır dünyanın ucqar nöqtəsində yaşayan və hər hansı bir dinə
tapınan insanın Novruz bayramından məgər xəbəri varki, ona etiraz da
etsin? Yoxsa islam dinində hər hansı bir ayə, hədis və ya rəvayət
mövcuddur ki, orada Novruz bayramını qeyd etmək qadağan olsun. Novruz
bayramı Ergenekon adı ilə qələmə verməklə Eklçin adlı şəxs nə üçün
bayarama siyasi rəng verir? Axı Elçin öz kommentində dinlərin siyasi
olduğuna görə onları bəyənmədiyini iddia edir. Axı gözəl adət-ənənəsi
olan bayrama müəyyən ad verməklə onu siyasiləşdirmək adı çəkiılən şəxsin
prinsiplərinə ziddir.
Sonda bizə
tolerantlıq arzu edən və yeni dinin gələcəyini gözləyən Elçin Bayramlını
məyus etməli olacam. Çünki tolerant olmaq əslində ilk əvvəl Elçinə
lazımdır ki, İslam dini barədə qara fikirlərini kənara qoysun. İslam
dinində tolerantlığını görmək üçün hər hansı bir insana bir göz belə
kifayət edər ki, İslam peyğəmbəri və onun Əhli-Beytinin həyat tərzində
tolerantlıq və insanlığın ən kamil prinsiplərini müşahidə etsin.
Əlavə olaraq demək istəyirəm ki, "Ən böyük arzum odur ki, Tanrı bütün
dinləri ləğv etsin yeni ümüum bir din göndərsin. Amma elmi din olsun.
Yoxsa cəhalət içində olan insanların sonu pis olacaq..." sözləri Elçini
uçuruma aparır. Axı ən gözəl, kamil və elmə böyük dəyər verən din artıq
14 əsrdir gəlib. Ruslar demişkən "niujeli" Elçinin bundan xəbəri yoxdur.
Bəlkə cəhalət içində olduğu üçün Elçin bunu görmür və ya özünü
görməməzliyə vurub.
Elçin qardaş, tibbin atası sayılan İbn Sina haqqında bir rəvayəti
nəzərinə çatdırmaq istəyirəm. Məncə bundan sonra sənin fikirlərində
İslamın elmə verdiyi dəyər barədə dəyişiklik müşahidə olunar.
İSLAMIN böyük alimlərindən sayılan İbn Sinanın şagirdi ona deyir ki,
ustad, sənin elmin, imanın və təqvan bu dərəcədədir, peyğəmbərlik
iddiası eləsən, insanlar səni peyğəmbər kimi qəbul edərlər.
Bu sözün üstündən bir qədər keçir və İbn Sina ilə şagirdi soyuq bir qış
günündə bir kənddə gecələməli olurlar. Sübh azanına yaxın oyanırlar.
İbn Sina şagirdindən bayırdan içmək üçün ona su gətirməsini xahiş edir.
Şagirdi deyir ki, ay ustad siz özünüz bizə öyrətməmisiniz ki, belə bir
vaxtda soyuq su böğaz ağrılarına, xəstələnməyə səbəb olar?!
Usta bir neçə dəfə təkid etdisə də, şagird tənbəllikdən bəhanə gətirərək
su gətirmək istəmədi. Bu zaman məsciddən azan səsi gəldi. İbn Sina
şagirdinə xatırlatdı ki, vaxtilə söyləmişdin ki, peyğəmbərlik iddiası
etsəm, camaat mənə inanacaq. Mən sənə "Su gətir"" deyirəm, mənə itaət
etmirsən. Azan verəni heç kəs məcbur etməyib. Qışın bu günündə sübh
tezdən durub: "Əşhədu ənnə Muhəmmədən rasulullah" (Məhəmməd Allahın
rəsuludur) deyir. Bax, Peyğəmbər onun (yənə Muhəmməd peyğəmbər (s)) kimi
olar.
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan