Dünya və axirət
qurtuluşunun harada olduğunu bilməyən, təkcə zalımlardır
Amerikanın bu günü və sabahı haqqında Allahın buyurduqları
Kommunizm,
söyləyəcəyini söylədi, edəcəyini etdi və tarix səhnəsində əriyib getdi. Növbə,
alternativi olmadığı fərz edilməsinə baxmayaraq, koma halında yaşayan Kapitalizmə
gəldi. Haqqı təmsil etməsi vacib olan müsəlmanlar, İslam kimi bir ideologiyanı
canlandıra bilsələr, yəni haqq gəlmiş olsa, bütün batillər dərhal yox olub gedəcək.
İşığın gəldiyində qaranlığın yox olması kimi. Kim deyərdi ki, Məkkədə min bir çətinlik
və məhrumiyyətlə doğan İslam günəşi, yarım əsr keçmədən, iki super gücü də əridib
məğlub edərək tarixin zibilliyinə atacaq; özü dünyanın tək ümidi olacaq. Məkkədə
daşın altında əzilən Bilal, o gün bunu söyləsə kim inanardı ona? Amma Allahın vədini
unudur insanlıq: "Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma
kitablarında), Zikrdən (Musanın Tövratından) sonra Davudun Zəburunda və bu
kitabların hamısından sonra Quranda yazdıq və qərara aldıq ki, bu yerin varisi
(sahibi, hakimi və bərəkətlərindən tami istifadə edən) Mənim saleh bəndələrim olacaqlar."
("Ənbiya" surəsi, ayə 105).
Yetər ki,
saleh möminlər, varislərindən qalan mirasın arxasına düşdükləri kimi, Allahın
onlara verdiyi bu vədin arxasına düşsünlər. "Biz isə istədik ki, o yerdə
(məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları camaata imam, yer üzünə
varis edək." ("Qəsəs" surəsi, ayə 5).
Bunun üçün
lazımlı şərtlər də bir-bir sayılır: "Allah sizdən (müsəlmanlardan) iman
gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq
olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi
kimi, yer üzündə canişin və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini)
mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz,
qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki,
yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan sonra
nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər." ("Nur" surəsi,
ayə 55)
İnkarçı,
istismarçı Qərbin, sionistlərin və xüsusilə İsrail adlı vampirlər şəbəkəsinin
müstəmləkəsi olan Amerikanın bu günü və sabahı haqqında Allahın buyurduqlarını
Qurandan öyrənək: "Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun
əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan
etdiklərini (günahlarını)bəzəyərək onlara gözəl göstərdi. Beləliklə, elə ki, yadlarına
salınmış şeyi unutdular, hər şeyin qapılarını onların üznə açdıq. Onlara verilən
şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları
qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular." ("Ənam"
surəsi, ayə 43-44)
"Biz dini
qəbul etməyib dünya həyatını və onun zinət və bəzəyini istəyənlərin (gözəl rəftarları,
pul xəcləmələri, ixtiraları və müxtəlif xidmətlər kimi xeyir) əməllərini(n dünya
mükafatını, mükafatın əməlin təbii nəticəsi, yaxud ilahi bəxşiş olmasından asılı
olmayaraq) dünyada kamil surtdə onlara verərik və dünyada onlardan əsla bir şey
kəsilməz." ("Hud" surəsi, ayə 15)
"İnsan
üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur." ("Nəcm" surəsu,
ayə 39)
Amma bu vəziyyət
çox uzun sürməz. Belə ki, kafirlərin bu hakimiyyəti Allahın təqdir etdiyi məhdud
bir zaman çərçivəsi üçündür. Sonra bu zalım kafirlər üçün bir az öncəki ayədə göstərdiklərimiz
həyata keçər: "…Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman,
(günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz
və naümid oldular. Həmd, aləmlərin Rəbbi Allaha məxsusdur." ("Ən'am"
surəsi, ayə 44-45)
Allah-təala "qəflətən onları yaxaladıq"
deyir
Allahın kafir
cəmiyyətləri əziyyət və çətinliklərlə sınağı, onlar haqqında davamlı bir
qanundur. Bəlkə bu sınaq, küfr və inadlarından imtina etmələrini təmin edər də
Rəblərinə dönərlər. Bu da olmazsa, onları çətinliklərlə, hərb və iğtişaşlarla
sınayar. Çətinliklərin onları belə bir imtahana çəkməsi kimi, bəlkə bu sınaq da
onları tövbəyə göndərər. "Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin
əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza)
yalvarıb-yaxarsınlar. Sonra o pislik və çətinliyin yerinə yaxşılıq və xoşluq gətirdik,
nəhayət (mal və övlad baxıından) artdılar və (yenə də ayılmyaraq) "bizim
atalarımıza da narahatlıq və rahatlıq üz vermişdi (bu təbii bir işdir, pərdə arxasında
bir səbəbkar yoxdur)" dedilər. Belə olduqda, özləri də bilmədən, qəflətən onları
yaxaladıq." ("Əraf" surəsi, ayə 94-95).
Yəni, peyğəmbərləri
yalanlayan cəmiyyətlər haqqında Allahın qanunu, canlarına, bədənlərinə, ruzi və
mallarına verdiyi zərərlərlə onları cəzalandırmasıdır. Allah bunu edir ki, Ona
boyun əysinlər. Çünki şiddətli bir bəlanın, fitrəti xəbərdarlıq etməsi və
inadçıları yaradıcılarına yönəltməsi təbiidir. Beləcə Ona boyun əyər, rəhmət və
əfvini istəyərlər.
Bunu da etməyincə,
Allah onları sınamaq üçün verdiyi rahatlıq və bolluqla cəzalandırar. "Sonra
o pislik və çətinliyin yerinə yaxşılıq və xoşluq gətirdik..." buyurulur.
Yəni, şükr edib tövbəylə Rəblərinə dönsünlər deyə, onların çətinliklərini
rahata, xəstəliklərini səhhət və nuşa, kasıblıqlarını da zənginliyə çevirdik.
Şükr və tövbə də etmədilər. Nə bu, nə o biri; heç biri onlar haqqında fayda
vermədi. Üstəlik, "bizim atalarımıza da narahatlıq və rahatlıq üz vermişdi
(bu təbii bir işdir, pərdə arxasında bir səbəbkar yoxdur)" dedilər.
Beləcə özləri haqqındakı Allahın əmrinə uyğun gəlmədilər, ibrət və öyüd götürmədilər.
Darlıq və bolluqla hər iki haldakı imtahanı anlamağa yanaşmadılar. Nəticədə əzaba
layiq oldular. Allah-təala "qəflətən onları yaxaladıq" deyir.
Yəni, onları qəflətən, işin fərqində deyillərkən əzabla tutduq, buyurulur.
Allah, yenə
belə buyurur: "Allah itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində
düşməndən və pis hadisələrdən amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol
gələn cəmiyyəti misal çəkib. Belə olan halda, onlar Allahın nemətlərinə nankorluq
etdilər, Allaha etdiklərinin cəzası olaraq, onlara aclıq və qorxu libası geyindirdi
və onlara onun tamını dadızdırdı." ("Nəhl" surasə, ayə 112).
Kasıblıq və xəstəlik
kimi məşəqqətlərlə tutduq ki, tövbə edib Rəblərinə dönsünlər. Etmələri lazım
olanı, fəlakət və bəla halında belə etmədilər. "Şübhəsiz, Biz səndən əvəlki
ümmütlərə də peyğəmbərlər göndərdik. Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik
və cismani əziyyətlərə düçar etdik ki, bəlkə Bizim dərgahımıza boyun əyələr və yalvarıb-yaxaralar.
Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə, boyun əymədilər və yalvarıb-yaxarmadılar?
Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahlarını) bəzəyərək
onlara gözəl göstərdi." ("Ənam", surəsi 42-43)
Xəstə can verməkdədir
XX əsr istisnasız
bir əsrdir. Tarixin axışında görülməyən çox fərqli şeylər səhnəyə qoyulmuşdur bu
əsrdə. Bu əsrə qədər bütün müharibələrdə əvvəlkilərin cəmindən daha çox insan, bu
əsrdə heç bir səbəb
olmadan baş verən iki Dünya Müharibəsində
həyatlarını itirdi. Sonra bir-biriylə döyüşənlərin əhəmiyyətli bir seqmenti öz istəkləriylə
tək dövlət olmaq səyinə girdi. Xalq-dövlət
modası çıxmış, ölkələri ideologiyalar idarə etməyə başlamış; materializm qayçısının
iki mərhəmətsiz qolundan biri olan kommunizm, tarixin zibilliyinə atılmış, digər
qolu kapitalizm də son zülmlərini tələm-tələsik icraya qoyub səhnədən çəkilmə siqnalları
verməkdədir. Qərbin, xüsusilə ABŞ-ın dünya insanına təqdim edəcəyi heç bir dəyər qalmamışdır.
Yeni Dünya Nizam(sızlıq)ı, Böyük Orta Şərq planı, qondarma İslam kimi proyektlərlə
dünyaya nizam verməyə qalxan bu “supergücə”, öz nizamını təmin edə bilməyəcək
acizliyi dərindən düşünməyə başlamışdır.
ABŞ-ı və təmsil etdiyi dəyərsizliyi bütləşdirənlər bilsin ki, artıq bu virtual “süpergüç”, ögey qardaşı Sovet Sosializmi kimi tarixin zibilliyinə atılmanın kandarına gəlmişdir. Xəstə can verməkdədir. 21-ci əsr yeni bir dünyaya hamilədir. Könül istəyir ki, hər şeyə baxmayaraq bu boşluğu İslam doldursun və inşaallah gələcək İslamın olacaq.
davamı var
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...