Qədim dövürlərdən debat açıq cəmiyyət məfhumu ilə sıx bağlı olmuşdur. Debat iki komanda və ya individuallar arasında arqumentasiyanın formal yarışıdır. Daha geniş desək və ən əsası debat demokratiya və açıq cəmiyyətin inkişafı və qorunması üçün əhəmiyyətli vasitədir. Məhdud sayda ideyaların mütləq həqiqət kimi qəbul olunduğu totalitar və digər qeyri-demokratik rejimlərdən fərqli olaraq demokratik cəmiyyətlər azad və açıq fikir mübadiləsindən asılıdır. Həqiqətən də, belə demək olar ki, əsl demokratiya debatsız mövcud ola bilməz. Bu gün Haitidən Serbiyaya qədər, Niderlanddan Monqolustana qədər və ondan uzaqda debatlar demokratik dəyərləri inkişaf etdirən forum kimi genişlənməkdədir. Hələ 2500 il əvvəl Sokrat tələbələrini öz fərziyələrini nəzərdən keçirməyə vadar etdiyi kimi, debat bu gün dünya tələbələrini bir-birini sorğu-sual etməyə, dinləməyə, ən davamsız mövzuları belə açıq, dözümlülük və əməkdaşlıq ruhunda tədqiq etməyə çağırır. Bu günlərdə Lent.az portalında cavan bir şəxsin USTAD səviyyəsində olan bir doktorla debata hazır olduğunu iddia etməsi, həqiqətən də mənim marağıma səbəb oldu. İlk öncə debat həvəsində olan şəxsin fikirləri, ideyası və ən əsası faktlarını mütaliyə etməyə başladım. Əvvəldə marağıma səbəb olan debat daha sonra, mənə bu yazını yazmağa və əsasən də adı çəkilən debatda iştirakçı olmağa vadar etdi. Niyə vadar etdi? Çünki debatın mövzusu və istifadə olunan faktlar daha çox mənim profilimə uyğun idi. Nəysə, gəlin qısaca da olsa, sizə debata hazır olan Taley Şahsuvarlı və debata dəvət olunan USTAD İlqar İbrahimoğlu barədə məlumat verim. İlk öncə "Yol böyüyndür" misalından istifadə edərək İlqar İbrahimoğlu barədə bildiklərimi sizlərin nəzərinə çatdırmaq istəyirəm. İlqar İbrahimoğlu - DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin və Dəyərlər AİN (Azerbaijan Islam News) portalının (http://www.deyerler.org/) baş redaktorudur. İlqar İbrahimoğlu həmçinin iqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almış, eyni zamanda "İslam və Qərb fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müəllifidir. Debat arzusunda olan Taleh Şahsuvarlıya gəldikdə isə onu deyə bilərəm ki, o yalnız islamafobik fikirləri ilə tanınan, debat prinsiplərindən xəbərsiz olan və gündəmdə qalmaq üçün hər cür çirkinliyə əl atan yazardır. Yəqin ki, hər iki şəxs barədə yazılanları mütaliyə etdikdən sonra fərqi görə bildiniz. Fərq mövzusuna çox toxunmadan Taleh adlı yazarın arzusunda olduğu debatın əsas mövzusu barədə sizləri məlumatlandırmaq istəyirəm. Debat həvəskarı olan Taleh, İlqar İbrahimoğlu ilə zəncir, sinə vurmaq və İmam Hüseynə (ə) əza saxlamağın insan haqlarına zid olduğu mövzusunda debat aparmaq istəyir. Bu cümləyə diqqətlə nəzər yetirsək arzularla yaşayan şəxsin arzusunun ürəyində qalacağını söyləməyə məcburam. Çünki arzu həvəskarı, İlqar İbrahimoğlu kimi bir alimlə debat aparmaq üçün hələ çox, yox yox, lap çox aşağı səviyyədədir. Çünki debat həvəskarının debatın tarixi və prinsipləri barədə məlumatı yox səviyyədədir. Əgər onun bu barədə məlumatı olsaydı, həvəskar yazar debat üçün adicə lazım olan: hörmət, düzgünlük, öyrənməyi öyrənmək və aydınlıq kimi prinsipləri nəzərə alıb bunu istəməli idi. Amma arzularla yaşan Talehin debat təklifini özündə əks etdirən yazısına nəzər salsaq, bunların heç birini görmək mümkün deyil. Əvvəla İlqar İbrahimoğlu kimi alimə "yalançı və böhtançısınız"-deyə müraciət etməklə hörmətsizlik etməz, ona "vətənpərvərliyiniz və cəsarətiniz çatmaz" deməklə düzgünlük balansını pozmaz, İmam Hüseynin (ə) həyatı və qəhrəmanlığı mövzusunda İlqar müəllimdən öyrənməyi öyrənmək əvzinə ağzına gələni danışmaz və nəhayət ETTALAT və İsa Qəmbər sözlərini işlətməklə aydın olan fikirlərə qaranlıq gətirməzdi. Ümumiyyətlə arzu həvəskarının yazısında "Azərbaycanın media patronlarına səslənirəm: kim sözlə karikatura çəkmək istedadımı görmək istəyirsə bir debat təşkil etsin, məni də, Hacı İlqarı da ora çağırsın" fikirləri boğazdan aşağı deyilən bir söz olduğu açıq-aşkar məlum olur. Mən bir daha bildirmək istəyirəm ki, ey arzularla yaşayan Taleh Şahsuvarlı, sənin bu gün İlqar İbrahimoğlu kimi şəxsiyyətlə oturub danışmaq üçün nə ədəbin, nə tərbiyən, nə də ləyaqətin var. Sənin İlqar İbrahimoğlu adından istifadə edərək gündəmə gəlmək arzuların elə ürəyindəcə qalacaq. Sonda arzu həvəskarına bir təklif edib onu ümüdləndirmək istəyirəm. Onun debat aparmaq mədəniyyəti çox aşağı olmuş olsa da, mən ona debatın istər "Karl Popper format", istərsə də "Street law" hüquq proqramı növündə mənimlə debat aparmaq şəraiti yaradıram. Əgər arzuları kənara qoymaq istəyirsənsə, sənin cavabını gözləyəcəm.
XÉ™yal tərəfindən 02-02-2010 16:45:14 tarixində yazıldı |
Allahin salami olsun uzerine. Eziz Orxan bey dogurdanda yazilarin olduqca nefis tertibatla yazilmish bir yazidir. Ve en esasi heqiqetdir. Bilirsen, Shahsuvar kimileri cox olacaq, qaldi Ilqar Ibrahimoglu ile onun diskusiyasi, debati bu nese gulunc gorunur. |
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan