10 milyon dollarlıq cinayət
Bildiyiniz kimi bu günlərdə İsrail rejiminin Qəzza xalqına qarşı
törətdiyi hərbi cinayətlərin bir ili tamam oldu. Bütün dünya
ictimaiyyəti, o cümlədən soyqrıma məruz qalan Qəzza xalqı, İsrailin
hərbi cinayətini yenə pislədi. Qeyd edək ki, buna qədər başda BMT
olmaqla əksər təşkilatlar, qurumlar İsrailin törətdiyi cinayəti tənqid
edərək, rəsmi Təl-Əvivin cəzalandırımasını tələb etmişdi. Lakin dünən
Kütləvi İnformasiya Vasitələrində yayılan xəbərlər, İsrailin törətdiyi
cinayətlərin yenə ört-basdır olunacağından xəbər verdi. Söhbət sionist
İsrail rejiminin BMT-yə təzminat ödəyəcəyi ilə bağlı xəbərdən gedir.
Qeyri-rəsmi mənbələrin məlumatına görə, İsrail rejiminin quruma 10
milyon dollar məbləğində təzminat ödəməsi gözlənilir. İsrailin
sözügedən məbləği ötən il Qəzzada həyata keçirdiyi hərbi əməliyyat
zamanı ərazidə BMT-yə məxsus binalara zərər verməsindən dolayı
ödəyəcəyi bildirilir. Bununla da Birləşmiş Millətlər Təşkilatı,
İsrailin Qəzzada müharibə zamanı günahsız insanların öldürülməsini,
yüzlərlə evlərin sökülməsini, müqəddəs məkanların dağıdılmasını dünya
ictimaiyyətindən gizlətmək və bu cinayəti ört-basdır etmək istəyir.
İsrail rejimi məhz BMT-də olan nüfuzundan istifadə edərək Qəzzada
yüzlərlə qətlə yetirdiyi azyaşlı uşaqların qətlini, quruma ödədiyi 10
milyon dollar dəyərində pulla aradan aparmaq istəyir. Nəzərinizə
çatdıraq ki, artıq BMT-nin nümayəndəsi Martin Nesirki, mətbuata
müsahibəsində bu məsələ ilə bağlı razılığa gəlindiyini bildirərək,
razılaşma müddəalarının dəqiqləşəcəyi və İsrail tərəfinin təzminatı
ödədikdən sonra bu barədə məlumat veriləcəyini deyib. Mövzu ilə
əlaqədar Avropa mətbuatı, Təl-Əvivin quruma 10 milyon dollar ödəməyə
razı olduğunu yazıb. Məlumat üçün bildirək ki, ötən ilin yanvarında
İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyat zamanı BMT-yə aid
məktəblər, səhiyyə mərkəzəri və qurumun Qəzzadakı mərkəzi binasına
zərər dəymişdi. Həqiqətən də BMT-nin Qəzzada dağıdılan binalarının
müqabilində müəyyən məvacib alması və bununla da qətlə yetirilən
insanların, müqəddəs məkanların dağıdılmasına göz yumması bu qurumun
İsrail və imperialist qüvvələrə xidmət etdiyini bird daha ortaya
qoyub. Bu məqamda bizim BMT-dən Qarabağ , Əfqanıstan, İraq və Yəmən
torpaqlarının işğal olunması mövzusunda ədalətli qərar gözləməyimiz,
yalnış fikirdə olduğumuzu göstərir.
Bölmənin digər xəbərləri
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan