Bildiyiniz kimi bu günlərdə Azərbaycan parlamentində illik büdcənin
hesablanması prosesi həyata keçirilir. Bu dəfə sizlərə təqdim edəcəyim mövzu da, elə bu büdcə hesablanması ilə bağlı olacaq. Bir neçə gün bundan qabaq mətbuat vasitəsilə Milli Məclisdə səsləndirilən
fikirlərdən biri həqiqətən də mənim heyrətimə səbəb oldu. Milli Məclisdə büdcə zərfinə daxil olan Dövlət
Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə
başlanması, şəxsən məndə həm müsbət, həm də mənfi mənada təəssüratlar oyadıb. Əvvəlcə müsbətdən başlayıb sizlərə də
bildirmək istəyirəm ki, Azərbaycanda yanvar ayının 1-dən hər uşağın anadan
olmasına görə ödənilən birdəfəlik müavinət 50 faiz artırılaraq 75 manata
çatdırılacaq. Bu xəbəri oxuyan və ya eşidən hər bir insan əminəm ki, sevinc və
təşəkkür hissi ilə bu qərarı qarşılayacaq. Çünki maliyyə böhranın davam etdiyi
bu dövrdə, Azərbaycanda bu cür qərarların verilməsi sadəcə olaraq alqışa layiqdir. Lakin bu məsələlərdə bir əmma var ki,
bu da sözün əsl mənasında adamın kefinə soğan doğrayır. Bəhs etdyim mənfi məna, yəni əmma, yenicə övladı olan hər bir Azərbaycan vətəndaşının
dövlət tərəfindən ona ayrılan uşaqpulunu almasıdır. Bu cümləyə bir az da düzəliş
etsək, deyə bilər ki, uşaqpullarının lazımi instansiyalardan alına bilməsidir.
Həqiqətən bəhs etdiyim bu mövzu kifayət qədər
aktual və önəmli mövzudur. Dövlət tərəfindən ayrılan və xalqın halal pulu
sayılan bu müavinəti almaq, Azərbaycan vətəndaşları üçün əməlli
başdı problemə çevrilib. Ölkə gəncləri arasında keçirilən sorğuların nəticələrindən
belə qənaətə gəlmək olur ki, Azərbaycan gənclərindən müavinət alan insanların sayı çox azdır. Buna səbəb isə, uşaqpullarını gənc ailələrə verən lazımi
instansiyalardır. Daha doğrusu Sosial Müdafiə Fondunun yerli şöbələridir. Ölkə
ərazisində Sosial Müdafiə Fondunun şöbələri uşaqpullarını vermək üçün gənc ailələrdən
o qədər sənəd tələb edirlər ki, uşaqpullarını bu instansiyalardan almaq gənc ailələr üçün başağrısına səbəb olur. Sənədlərin
çoxluğu isə o qədər olur ki, bu sənədləri toplayıb onları Sosial Müdafiə
Fondunun şöbələrinə təqdim etmək, uşaqpuluna görə verilən müavinətdən baha başa
gəlir. Bunu görən gənc ailələr isə, uşaqpuluna görə verilən pula "tüpürərək",
müavinət almaq sevdasından vaz keçirlər. Əslində bu problemləri müşahidə edərək,
Sosial Müdafiə Fondunun verdiyi uşaqpulu adının ləğv olunaraq, bura başqa adın
qoyulması insanın ağlına gəlir. Məsələn mən uşaqpuluna görə, verilən müavinətin
adının dəyişdirilərək, arayışpulu olmasını məsləhət görərdim. Çünki onsuz da
dövlət tərəfindən əhaliyə ayrılan müavinət uşaqlara görə deyil, arayışlara görə
verilir. Azərbaycan gənclərinin belə bir problemlərlə qarşılaşması həqiqətən də,
çox acınacaqlı və ürəkağrıdıcıdır. Görəsən olmazmı ki, həmin uşaqpulları sadəcə
olaraq, doğulan uşağın doğum haqqında şəhadətnaməsini təqdim etməklə alınsın?
aynur tərəfindən 31-07-2012 10:49:56 tarixində yazıldı |
düzdü |
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan