Oruc bala
Araşdırmalar göstərir ki, uşaqlığın ilk
dövrlərində qazandırılan davranışlar ömür boyu qalıcı olur. Sonradan yaşam boyu
fərqli ictimai və mədəni təsirlər insanları dəyişməyə məcbur etsə də, şəxs
müqavimət göstərə bilir və həyatının ilk illərində əldə etdiyi dəyərlərinə
bağlı qalır. Bu, təxminən bir bal arı-sının diyar-diyar, çiçək-çiçək gəzib,
sonunda bal şanına dönməsinə bənzəyir. Amma bu yalnız uşağa "bal
şanı" kimi mühitdə təməl dəyərlərin "bal" kimi təq-dim olunması
şərti ilə ola bilər.
Tarix yaranandan bəri bütün valideynlər özlərindən
soruşurlar: Görəsən, uşaq-larımızın yaxşı bir insan olması üçün üstümüzə düşən
vəzifələri layiqincə ye-rinə yetiririkmi? Balalarımızı gələcəkdə onlar üçün
qurulan tələlərdən qoruya biləcəyikmi?
Bəli, müvəqqəti sakini olduğumuz bu sınaq
dünyasında övladlarımızı məxsusən
hazırkı dövrdə daha çox risk və təhlükələrin gözlədiyinin fərqindəyik. Və əgər
bu ciyarparələrimizi özümüzlə eyni - İslami yolda getməyə alışdırmazsaq, öyrətməzsək,
onları bizə yad olan dəyərlərin girdabında itirə bilərik. Bəs nə etməli? Onlara
Allaha ibadəti, itaəti, məhəbbəti, məsumlarımıza, alimlərimi-zə, valideynlərə,
ailəyə, qohum-əqrabalara, qonşulara sevgini, hörməti və sə-daqəti necə öyrədək?
Gəlin bütün bu sadalananları həyata keçirmək
üçün elə yaşadığımız Ramazan ayının mübarək günlərdən istifadə edək. Onlara bu
rəhmət ayının fəzilətindən, mənasından söhbət açaq və oruc tutmaları üçün şərait
yaradaq.
Burada bir nüansı qeyd etmək istəyirəm.
Əslində deyəcəklərimdə məqsəd uşaqla-ra fərz olmadığı halda oruc tutdurmaq
deyil, onlara bu ibadəti qavramasına, sevməsinə və vərdiş etməsinə yardımçı
olmaqdır. Şübhəsiz bu mövzuda fərqli yaş qruplarındakı uşaqlar üçün fərqli
izahlar və tətbiqlər lazımlıdır.
Sizlərin əsl İslami ailə mühitində
övladlarınıza ibadəti, itaəti layiqincə öyrətdiyinizə inanaraq yalnız bir neçə
nöqtəni qeyd etməklə kifayətlənirik.
"Elm öyrətdiyiniz şəxslə yumşaq
davranın"
Bir çox ailələrdə azyaşlı uşaqlar səhv və
ya istənməyən şeylər etdikləri za-man, valideynlər dərhal etdiyinin günah
olduğunu və Allah tərəfindən cəzalan-dırılacağını deyirlər. Əlbəttə, bu,
haradasa günahın qarşısının alınması məq-sədini daşıyır. Ancaq belə məsələlərdə
həddən çox diqqətli və vasvası olmağı-mız lazımdır. Ata-ana tez-tez bu yola baş
vuranda, uşağın zehinində insanı məhdudlaşdıran, həyatı zəhər edən bir din
imici canlanar. Halbuki, onlara pis hərəkətin cəzasından deyil, yaxşı hərəkətin
mükafatından danışsaq daha effek-tiv nəticə ala bilərik. Yəni Allahın bizlərə
lütf edərək göndərdiyi gözəl di-nimizi acı dərman kimi deyil, bal kimi təqdim
etməliyik.
Günahlar barədə isə artıq yaxşını-pisdən
ayırd edən vaxtında yavaş-yavaş an-ladaraq əsl İslamı öyrətməliyik.
Qeyd edim ki, bizlər də zaman-zaman bu yaşda uşaqların Allah qatında
davra-nışlarından hələ məsul olmadığını unuduruq. Halbuki, Həzrət Peyğəmbərimiz
uşaqlarla 7 yaşına qədər şah kimi davranmağı tövsiyə edib.
Həssas olaq
Bu mövzuya bağlı olaraq edilən digər bir səhv
də, övladlarımızın "hələ bala-casan" deyə savab işləməsinin və ibadət
etməsinin qarşısının alınmasıdır. Ya-şı və orqanizmi uyğun bir uşaq oruc tutmaq
istədiyində, ona ibadətinin eti-barlı olmayacağı, boşu-boşuna ac qalacağını desək
uşağı həvəsdən salarıq. O, Allah-Təalanın, özünü həmsöhbət belə qəbul etmədiyini,
heçə saydığını düşünə bilər. Çünki onlar biz düşündüyümüzdən daha həssasdırlar.
Onlarla söhbət edək
Biz yetkinlər, ümumiyyətlə Rəbbimizin əmrləri
mövzusunda səbəb və isbata eh-tiyac duymuruq. Çünki ətrafda olan aşkar möcüzələri
görəcək qədər böyümüşük. Ancaq bir uşaq "nə üçün oruc tutmalıyam?"
deyə soruşarkən, "Allah belə əmr edib" cavabını verməklə onları
başımızdan edirik. Bu çox səhv davranışdır. Biz zaman-zaman onlarla söhbət etməli,
oruc ibadətinin qazandırdığı iradə, səbir, nəfsə hakimlik, özünü sınama,
paylaşma, sahib olunanların dəyərini an-lama, şükr etmə kimi əhəmiyyətli
xüsusiyyətləri, əlbəttə ki, onların dilində (nağıllarla, dastanlarla) izah etməyə
çalışmalıyıq. Bunun yanında dinin yal-nız bir mədəniyyət və məlumat deyil, eyni
zamanda bir həyat forması olduğu şüurunu da peyvənd etməyə çalışmalıyıq. Onu da
qeyd edim ki, bu deyilənləri əvvəlcə özümüz əməldə etməliyik ki, uşaq da deyilənlərin
boş söz olmadığını anlasın. Bu barədə Həzrət Əli (ə) belə buyurmuşdur:
"Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?!"
Şəfqətli mühit
Yaşadığımız müqəddəs rəhmət iqlimində
övladlarımıza bir çox istiqamətdə başqa vaxtlardan daha gözəl və şəfqətli bir
mühit təqdim etməliyik. Bu rəhmət ayın-da uşaqlarımıza qarşı aclıq və susuzluq
başımıza vurmuş kimi əsəbi, təlaşlı davranmamaq məqsədəuyğun deyil. Çünki bu
halətdə ibadətlərin insan üzərində oyandırdığı ülvi hissləri, gözəl duyğu və
düşüncələri onlara qəbul etdirə bilmərik. Balalarımız analarının səhərdən
axşama qədər "iki ayağı bir başmağa girmiş kimi" təlaşlı hallarına
baxıb, orucun mükafatının yalnız yaxşı bir ax-şam ziyafəti hesab etməməlidir.
Ümumiyyətlə, görəsən iftar süfrələrini min
bir növ və bahalı yeməklərlə təc-hiz etmək zəruridirmi? İsraf mövzusunda bu
ayda da həssaslıq göstərməliyik. İftar süfrələrində dost və qohumlarla
paylaşılan bir bayram havası əsdirmək, əmin olun ki, uşaqları bahalı yeməklərdən
daha çox xoşbəxt edər. Əlbəttə, bu o demək deyil ki, iftar süfrələrini uşaqları
sevdikləri yeməklərdən məhrum buraxmaq lazımdır.
Bundan əlavə böyüklər, oruc tutan uşaqlarla
qürur duyduqlarını hiss etdirmə-li, alqışlamalı və bayram günlərində onları
mükafatlandırmalıdırlar.
Oruc neçə yaşda tutulmalıdır?
Təbiidir ki, məktəbəqədər yaşlardakı
uşaqlara özü də bu yay mövsümündə oruc tutdurmaq çətin olar. Bəs onlara bu ibadətə
olan sevgini necə aşılayaq? Yaxud onlar oruc tutmaq istədikdə və bunu
bacarmasalar (təbii ki, təqribən 15 saat-lıq müddəti ac-susuz qala bilməzlər)
bu onlarda ruh düşkünlüyü yaratmazmı? Yaxud, əksinə, oruc tutmağa qoymasaq
onların bu ibadətə olan sevgisini azalda bilərik. Bu barədə fikirləşərkən təqribən
5-6 yaşlarımda kənddə keçirdiyim Ramazanlı günlər yadıma düşdü. O zaman da bu
mübarək ay yay mövsümünə təsadüf etmişdi. Buna baxmayaraq, nənəm məni imsaq
vaxtında oyandırar, birlikdə nahar eləyər və... yarım günlük oruc tutdurardı.
Əlbəttə, şəriətdə yarım günlük oruc yoxdur. Lakin o zamanlar bunu bilmədiyimdən
böyüklər kimi oruc tutduğumu düşünüb fərəh hissi keçirirdim. Sizə deyim ki, mənim
ibadətə məhəbbətim də elə gündə 2 rükət namaz qıldığım, yarımçıq oruc tutduğum
həmin yaşlarımdan başlayıb. İndinin özündə də o gözəl günləri xatırlayanda elə
bil ki, o uzaq uşaqlıq sevincini bir daha yaşayıram.
Keçək əsas mövzuya. Yaxşı olardı ki, 9-10
yaşlarındakı uşaqların sağlamlıq vəziyyətləri uyğunsa, heç olmazsa bir-neçə gün
oruc tutsunlar. 10-13 yaşlarda isə, oruc ibadəti daha ciddiyə alınmalıdır.
Çünki bu yaşlar yetkinliyin asta-nasıdır və artıq ibadət məsuliyyəti də
başlamaqdadır.
Yeniyetmə uşaqlarımıza dərslərinin ağırlığı
bəhanə edərək oruc tutmağa qoyma-maq düzgün deyil. Çünki orucun zəka və ya müvəffəqiyyətin
azalmasıyla heç bir əlaqəsi yoxdur. Əvvəla onları mütləq imsaqa durğuzmalıyıq.
Necə ki, Həzrət Məhəmməd (s) buyurur: "Oruc tutarkən obaşdan yeyin, çünki
obaşdanlıq bərəkə-tin əsasıdır". Bu zaman onlara yeməkdən əlavə çoxlu
kompot və ya meyvə suyu içirərək aclıq müqavimətlərini artırmaq olar. Çünki
insan beyni iki təməl qi-da ilə işləyir: Şəkər və oksigen.
Yeniyetmədən yaşından böyük davranışlar
gözləmək də düzgün deyil. Onları tez-tez tənqid edərək, səhvləri xatırlatmaqla böhrana
salmamalıyıq. Bu qayda xü-susilə ibadətlərə tapşırıq mərhələsində çox əhəmiyyətlidir.
Övladlarımızı məscidlərə alışdıraq
Azyaşlı uşaqların orucla birlikdə namaza
alışdırılması da əhəmiyyətlidir. Beş vaxt namaz qılmasalar da, onların
atalarıyla birlikdə heç olmasa cümə namaz-larına getməsi təşviq edilə bilər. Məscidə
gedən uşaqlar, yer darlığı və ya səs-küy səbəbiylə əsla çölə çıxarılmağa məcbur
edilməməlidir. Əlbəttə, bala-caların camaatı narahat edən davranışları ola bilər.
Lakin böyüklər yenə sə-birli, xoşgörüşlü davranmalı, onları şəfqətlə aralarına
almalıdır. Bu nöqtədə bütün uşaqlardan bizim məsul olduğumuzu unutmamalıyıq.
Çünki bu günün balaca-ları gələcəyin cəmiyyətini meydana gətirəcəklər.
Bəli, əvvəldə toxunduğumuz kimi
uşaqlarımızı tərbiyə edərkən, onlara gözəl dəyərlərimizi anladarkən, dünyadakı ən
ciddi vəzifələrdən birini etdiyimizi diqqətə almağımız lazımdır. Övladlarımızı əvvəl
biz öyrədə bilməzsək, onların dinimizdən, mənəviyyatımızdan uzaq düşmələrinə,
yadlaşmalarına şikayət etməyə haqqımız ola bilərmi?..
Bölmənin digər xəbərləri
- 04-02-2019 Əgər Allah istəsə...
- 04-09-2018 Hasarlar bizlərdən nələri aldı
- 22-04-2016 “Siçan cənnəti”nin D mərhələsindəyik
- 08-04-2015 Nəfəsi almaq da var, alıb verməmək də …
- 04-02-2014 AZƏRBAYCAN SÜRƏTLƏ QOCALIR
- 28-10-2013 Kim zəmanət verə bilər?
- 05-07-2013 Atasızlığın yaşı olmurmuş
- 19-12-2012 Mələkdən üstün, ya heyvandan aşağı?
- 17-11-2012 35 yaşında evlənən qonşumuz və it qudaları
- 12-11-2012 Vicdan çırağını təmiz saxlayaq
- 21/09/2012 ŞƏHİD TARİXİN QƏLBİDİR
- 05/06/2012 İNSANLIQDAN MƏXLUQA ÇEVRİLİRİK
- 28/04/2012 AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
- 03/04/2012 QƏFLƏT İÇİNDƏ OYNAYIB ƏYLƏNƏNLƏR
- 06/03/2012 UŞAQLARIMIZDA "QADAĞAN OLUNMUŞ MEYVƏ" SİNDROMU YARATMAYAQ
- 11/02/2012 İNDİ ADAMLARI HƏYAT ÖLDÜRÜR!!!
- 30/11/2011 "İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
- 22/08/2011 HƏYASIZ HƏYATIMIZ
- 30/10/2010 PARLAMENT SEÇKİLƏRİNİN YALANÇI HACILARI
- 09/08/2010 BİR GENERALIN OĞLU ÖLSƏ...
- 17/04/2010 MÜSİBƏT...
- 13/03/2010 Dilimizə sahib çıxaq
- 27/02/2010 YARADANIN NEMƏTLƏRİNƏ QARŞI NANKORLUQ
- 25/01/2010 DÜRÜST OLA BİLİRİKMİ?
- 08/12/2009 YOXSULLUQ MÖHÜRÜ
- 07/11/2009 SƏDƏQƏ
- 17/10/2009 HƏSƏD VƏ KİNİN ZƏRƏRLƏRİ
- 01/10/2009 SON PEŞMANLIQ...
- 12/09/2009 Oruc bala
- 05/09/2009 Ramazan ayının xüsusiyyətləri
- 18/07/2009 Gəncliyimiz - gələcəyimiz
- 04/07/2009 Keçmişdən ibrət almayan...
- 20/06/2009 Müsəlmanların eyiblərini araşdırmayın!
- 30/05/2009 Tətili təhsillə bəzəyək
- 22/05/2009 Kimə deyim dərdimi...