Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

05 Sentyabr

2009
1511
Ramazan ayının xüsusiyyətləri

Ramazan ayının dinimizdə əhəmiyyətli yeri vardır. Bəs onu digər aylardan fərqləndirən, xüsusiləşdi-rən nədir? Bu barədə qısaca məlumat vermək istərdik.

- İlkin olaraq onu qeyd edək ki, Rəbbimizin insanları qaranlıqlardan çıxardıb aydınlığa qovuşduran və onlar üçün yeni və xoşbəxt dövrün başlanğıcını qoyan hədiyyəsi - Qurani-Kərim məhz bu ayda nazil olub: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qu-ran) Ramazan ayında nazil edilmişdir" ("Bəqərə", 185).

Məhz buna görə də Ramazan ayına həm də Quran ayı demək olar. Hədislərə görə Əsri-səadət döv-ründə hər il Ramazan ayında müqəddəs Peyğəmbərimiz Həzrət Məhəmmədlə (s) Həzrət Cəbrayıl (ə) o günə qədər nazil olan Quran ayələrini bir-birilərinə qarşılıqlı oxuyardılar. Hazırda xüsusən bu müqqədəs ayda məscidlərimizdə, evlərimizdə böyük mənəvi zövq və huşu ilə Quranın oxunması, dinlənilməsi bir növ bu ənənənin davam etdirilməsidir.

Ümumiyyətlə, Quran oxumaq, dinləmək savabı böyük olan ibadətlərdəndir. Allahın Rəsulu (s) bu barədə buyurub: "Kim Allahın Kitabı Qurandan bir hərf oxusa onun üçün bir savab var və hər savabın qarşı-lığı on qat veriləcək". Bundan əlavə Qurani-Kərimin oxuyucularına şəfaət edəcəyini də əziz Peyğəmbərimiz bildirmişdir.

Lakin bu hidayət qaynağını yalnız oxumaq, yaxud dinləməklə kifayətlənmək düzgün deyil. Əziz Peyğəmbərimiz Həzrət Məhəmməd (s) "Sizin ən xeyirliniz Qurani-Kərimi öyrənən və onu başqalarına öyrə-dənlərinizdir" - buyurur. Müqəddəs Kitabdan haqqıyla faydalanmaq üçün onu oxumaq, mənasını anlamaq və hamısından əhəmiyyətlisi qanunlarını həyata keçirmək lazımdır.

- Ramazan ayını digərlərindən üstün edən xüsusiyyətlərindən biri də budur ki, aləmlərə rəhmət ola-raq göndərilən, yaradılmışların ən fəzilətlisi Həzrət Məhəmmədə (s) peyğəmbərlik bu ayda verilmişdir. Hira mağarasında ilk Quran ayələrini Həzrət Məhəmmədə (s) öyrədən Cəbrayıl (ə) daha sonra ona "Sən Allahın Rəsulusan" deyə xitab edir və insanlığın qurtuluşu üçün Peyğəmbər olaraq göndərildiyini bildirir. Həzrət Məhəmmədin (s) bu müqəddəs vəzifəyə başlaması ilə cahilliyə zülmətinin içində yolunu azmış insanlıq üçün nurlu bir üfüq açıldı. Onun ürəklərə yerləşdirdiyi iman işığı sayəsində cəhalətin yerini elm, zülmün yerini haqq və ədalət, kin və düşmənliyin yerini insan sevgisi əvəzlədi.

- Bu müqəddəs ayı fərqləndirən digər cəhət - min aydan daha xeyirli olduğu bildirilən, möminlərə Allahın ən böyük lütfü və müsəlmanların yaxşı qiymətləndirməsi lazım olan Qədr gecəsinin bu ayda olması-dır. Bu barədə Qurani-Kərimdə belə buyurulub: "Həqiqətən Biz onu (Quranı) Qədr gecəsində nazil etdik. (Ya Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir)" ("Qədr", 2-3). Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti 1000 ay (təqribən 84 il) ibadətdən üstün və fəzilətli olar.

"O gecə (Qədr gecəsi) mələklər və Ruh (Cəbrail) Rəbbin izni ilə yerə enərlər" ("Qədr", 4). Buradan aydın olur ki, mələklər həmin gecə Yer üzünə enib Allahın bu aləmdə insanlara və cinlərə təyin etdiyi ima-mı, canişini ziyarət edərlər. Həzrət Peyğəmbər (s) özü buyurmuşdur: "Qədr gecəsi mələklər göydən yerə enib məni ziyarət edirlər. Məndən sonra Qədr gecəsi mələklər Əlini (ə) ziyarət edəcəklər. Əlidən (ə) sonra isə onun on bir övladını ziyarət edəcəklər". Bu gecə şübhəsiz ki, mələklər yer üzünün höccəti olan İmam Za-manı (ə.c) ziyarət edirlər.

"O gecə dan yeri sökülənə kimi salamatlıqdır (Əmin-amanlıqdır)" ("Qədr", 5). Yəni, Qədr gecəsin-də Allah insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayırlar. Qədr gecəsi gözəl bir gecədir və Allah-Təala o gecədə mərhəmət, sağlamlıq və əmin-amanlıq nazil edir.

Deməli, Qədr gecəsində həm Quran nazil olub, həm də o gecənin ibadəti 1000 ayın ibadətindən üs-tündür. O, həm bərəkətli, həm Allahın mərhəməti olan bir gecədir. Həm Allahın xeyir-bərəkəti, əmin-aman-lığı insanlara nazil olan bir gecədir və həm də o gecə mələklər yerə nazil olaraq yer üzünün imamını ziyarət edirlər.

Və bu gecə Ramazan ayının günlərindəndir...

- İslamın əsas şərtlərindən biri olan, insan nəfsinin əsiri arzulardan və maddi ehtiraslardan qurtarıb ucaldan, bir sözlə mələkləşdirən oruc ibadəti də bu aydadır. Oruclunun mənəvi zövq duyduğu imsaq və iftar süfrələri bu aya ayrı məna qazandıran xüsusiyyətlərdəndir. Mənəvi gözəlliklərlə dolu olan mübarək Ramazan ayı möminlər üçün mənəvi dəyəri çox böyük olan rəhmət mövsümüdür. Bu ayı Böyük Yaradana ibadət və insanlara yaxşılıq edərək dəyərləndirməyimiz təqdirdə əbədi səadət qapıları üzümüzə açılacaqdır. Bu barədə Həzrət Məhəmməd belə buyurub: "Ramazan ayı gələndə Cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar və şeytanlar zəncirlənər". Bu hədisin ifadə etdiyi bir məna da budur: Bu müqəddəs ayda özünü Cənnətə apa-racaq savab əməlləri edən möminə cənnətin qapıları açılır, haramlardan çəkindiyi üçün cəhənnəmin qapıları bağlanır. Oruc sayəsində nəfsinə hakim olub şeytana uymadığı üçün də onu təsirsiz hala gətirir.

Qeyd edək ki, "ramazan" sözünün lüğəvi mənası oruclunun günahlardan paklanmasını ifadə edir. Belə ki, ramazan - yay aylarının sonunda və payız mövsümünün başlanğıcında yağan və yerdəki tozları tə-mizləyən yağış mənasındadır. O, necə yer üzünü yuyub tozlardan təmizləyirsə, Ramazan ayı da  möminləri günahlardan eləcə təmizləyir.

"Ramazan" sözünün digər bir mənası da yanmaqdır. Burdan belə çıxır ki, bu ayda oruc tutanın gü-nahları yanaraq yox olur. Hər iki mənanın birləşdiyi nöqtə mömin bəndənin bu ayda günahlardan təmizlən-miş olmasıdır.

Hər istiqamətiylə bir ibadət mövsümü olan Ramazan ayının fəziləti haqqında yazdıqlarım əlbəttə ki, dəryadan damla misalıdır. Hamıya bu müqəddəs günləri İlahi lütfkarlıq, gözəl fürsət bilərək layiqincə qiy-mətləndirməyi, namazı, orucu, yaxşılığa dəvət edib, pisliklərdən çəkindirməklə, duası, zikri, sədəqəsi ilə bu rəhmət və bərəkətdən nəsibini almağı arzulayıram. Gəlin bu rəhmət dolu gecələrdə bilərəkdən və ya bilmə-yərəkdən etdiyimiz günahlar üçün Allahdan bağışlanmağımızı diləyək. İnşallah, hər şeyi bilən Rəhman Allah bəndəsinin bu səmimi dua və niyazını qarşılıqsız qoymaz, günahlarımızı bağışlayar və bizi Öz sonsuz rəhmə-tinə qərq edər.

Yazının sonunu Allah Elçisinin bir kəlamı ilə bitirmək istəyirəm: "Bədbəxt o şəxsdir ki, bu ayda Al-lahın rəhmətindən nəsibini götürə bilmir".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 15:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru