Bismillahir Rəhmanir Rəhim.
Bildiyiniz kimi bu günlər artıq müqəddəs Ramazan ayı daxil olub və bütün
dünyada, o cümlədən Azərbaycanda bu mübarək ay ölkə əhalisi tərəfindən qeyd
olunmaqdadır. Hamı bu gözəl, mənəviyyatlı ayda namaz qılmaq, oruc tutmaq, savab
işlər görməklə məşğul olur. Sözsüz ki, əhalinin bu ayda müəyyən qədər passiv
olan təbəqəsi də mövcuddur ki, bu da öz növbəsində müsəlman şəxs üçün çox böyük
qüsur və mənfi bir haldır. Bunun da
müxtəlif səbəbləri olduğundan və bu mövzunun kifayət qədər geniş olduğundan mən
başqa problemdən bəhs etmək istəyirəm. Bəhs etdiyim mövzu dolayısı ilə bu
problemə yaxın olsa da ancaq bir az fərqli mahiyyət daşıyır. Qısası bu dəfə ki problem ölkəmizdə fəaliyyət
göstərən telekanallar barədə olacaq. Daha dəqiq desək telekanalların Ramazan
ayı barəsində passivliyi və bu aya diqqətsizliyini əhatə edəcək. Bir müsəlman
gənc kimi ölkə telekanallarımızın Ramazan ayına olan soyuqluğu məni narahat
etməyə bilməz. Efir məkanlarını əsasən əyləncə xarakterli verilişlərlə
zənginləşdirən ölkə telekanalları, nədənsə Ramazan ayı barəsində veriliş açmaq,
bu verilişlər vasitəsilə ölkə əhalisinə bu ayının fəzilət və üstünlüklərindən
bəhs etmək istəmir. Bu isə öz növbəsində Azərbaycan kimi ölkə üçün çox böyük mənfi
haldır. Nəzərə alsaq ki, ölkəmiz İslam Konfransı Təşkilatına üzv olan
ölkələrdəndir və Azərbaycan İslam ölkələrinin paytaxtı seçilib bunun nə qədər
acınacaqlı olduğunu anlayarıq.
Bir Azərbaycan vətəndaşı
kimi hər gün səhər imsak vaxtı Ramazanla bağlı ölkə telekanallarının bəlkə hər
hansı bir veriliş və ya süjet göstərməsini gözləsəm də artıq bir neçə gündür
ki, axtarışlarım uğursuzluqla nəticələnir. Bir az fikirləşəndən sonra qərara
gəlirəm ki, bəlkə telekanallarımızın səhər verilişləri hazırlamağa imkanı
yoxdur deyə, axşamlar iftar vaxtı onlar veriliş verələr, amma yenə də
kanallarda axtarışlarım müsbət nəticə vermir. Efir məkanını əsasən xarici
kliplər, müxtəlif xarici kinolar və
başqa şeylərlə zənginləşdirən telekanallar başda dindar təbəqə olmaqla, ölkə
əhalisinə böyük hörmətsizlik edir. Bax bu olay şəxsən məni narahat etməyə və
bunun səbəblərini axtarmağa vadar edir. Çox dərinə getməyib bir neçə məsələni
qeyd etmək istəyirəm. Hamınıza məlumdur ki, xarici ölkələrdən gələn
müğənnilərin Azərbaycanda konsertləri necə təbliğ olunur. Hər hansı bir müğənni
ölkəmizə gəlməmişdən bir ay qabaq onun konsert verəcəyi məkan və vaxtlar dəqiqləşir və ölkə ictimaiyyətinin bu
konsertdə fəal olması üçün müxtəlif üsullardan istifadə olunur. Bəs görəsən bu
təbliğ Ramazan ayı ilə bağlı niyə bu cür kompak keçirilmir. Niyə bir aylıq verilişlər
hazırlanaraq Azərbaycan əhalisi maariflənmir. Niyə ölkə telekanallarımız bu
məsələdə passivlik nümayiş etdirir?!
Bu niyələrin açması bəlkə də
çoxlarına məlumdur və bəlkə də məlum deyil. Amma məlum olan dəqiq bir şey
varsa, o da Ramazan ayının ölkədə hiss olunmasına maneə törədilməsidir. Düzdür
ki, ölkə ərazisində fəaliyyət göstərən müxtəlif məscid və icmaların işləri
təqdirə layiqdir. Ancaq bu fəaliyyət ölkə əhalisi 8 milyonu keçmiş Azərbaycan
xalqı üçün yetərli deyil. Axı əhalinin əksər təbəqəsi məscidlərə gedə bilmir və
bunu da məscidlərin kifayət qədər çox olmaması və müəyyən iş qrafiki ilə başa düşmək olar.
Lakin telekanalların passivliyini heç bir vəchlə unutmaq və qeyd etməmək mümkün
deyil. Çünki əgər Azərbaycana qonşu olan və Ramazan ayı qeyd olunan ölkələrin
telekanallarına nəzər yetirsək, Ramazan ayına həsr olunan verilişləri saymaq
üçün bizlərdə barmaq kifayət etməz. Ümumiyyətlə əksər müsəlman ölkələrində
Ramazan ayı ilə əlaqədar verilişlər günün müxtəlif saatlarında efir vasitəsilə
əhaliyə çatdırılır və sadəcə ölkəmizdə bu kifayət qədər passiv müşahidə olunur.
Sonda xalqımıza bu müqəddəs Ramazan ayında səbirli, təmkinli olmağı diləyərək,
uca Allahdan bizi bu gözəl, fəzilətli, nurani ayda uğurlu imtahan verməyi diləyirəm.
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan