Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2019
14:32
1553
9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - VİDEO

Ötən gün qeydə alınan hadisə təbii ki, çoxlarını sarsıtdı. Valideyni söyən də oldu, o ananın ümumiyyətlə övladından məhrum edilməli olduğunu deyən də. Əlbəttə, məsələyə hər kəsin fərdi baxış tərzi var. Psixoloqlar isə hesab edirlər ki, bu kimi hallarda ilk növbədə valideynin psixoloji durumu yoxlanılmalıdır.

Vəfa Əkbər – psixoloq: “Burada birbaşa olaraq valideynin problemi var. Birinci valideyn müayinə olmalıdır. Belə himayəçilər, insanlar mütləq şəkildə psixoloji konsultasiyadan keçməlidir”.

Dünyanın bir sıra ölkələrində valideyni tərəfindən şiddət görən uşaq ondan ailəsindən alınaraq sosial sığınacağa yerləşdirilir. Və valideynə o halda qaytarılır ki, onun psixoloji vəziyyəti, uşağa baxmaq imkanları və digər tələblər qənaətbəxş olsun. Bizdə isə vəziyyət fərqlidir. “Azərbaycan uşaqları ictimai birliyinin” sədri Kəmalə Ağazadə deyir ki, bizdə əksər hallarda uşağı valideynə qaytarmaq ehtimalı az olur. Bunun səbəbinə gəlincə...

Kəmalə Ağazadə - Azərbaycan uşaqları ictimai birliyinin sədri: “Ailə, valideynlərlə proflaktik söhbətlər aparılır, iş aparılır, onlara xəbərdarlıq edilir. Bu konkret fakt cinayətdir. Əgər uşağa psixoloji təzyiq göstərilirsə onda valideynlər psixoloqa yönəldilir və valideyn hazır olduqda uşaq qaytarılır, amma bu hadisədə uşağın qaytarılması yalnışdır”.

Sakin: “Bizim də qurumlar alırlar təhvil verirlər. Bəli, mən onun tam tərəfdarıyam”.

Sakin: “Deməli onun valideynin özü normal deyil, xəstədir. Ona görə də belə bir yeni cəmiyyət formalaşdırmaq lazımdır, ailələrdən o uşağı almaq”.

Rahil Süleymanzadə - AQUPÜDK-nın təminat şöbəsinin baş məsləhətçisi: “Ana valideynlik hüququndan məhrum ola bilər və uşğı daimi olaraq dövlət öz himayəsinə götürür”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyir ki, ictimai təhlükəsizliyin qorunması hüquq-mühafizə orqanları ilə yanaşı cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir.

Elşad Hacıyev – BŞBPİ-nin mətbuat xidmətinin rəisi: “Biz hər birimiz polisin fəaliyyətinin genişlənməsinə fayda verməklə yanaşı, eyni zamanda sosial-neqativ halların polisə məlumatlandırılması ilə bağlı üzərimizə düşən vətəndaşlıq mövqeyini nümayiş etdirməliyik”.

Qeyd edək ki, işə gedərkən 9 yaşlı övladını pəncərənin dəmir barmaqlığına zəncirləyən ana barəsində cinayət işi açılıb. Uşaq isə sosial sığınacağa təhvil verilib.

Məqalədə : zəncirlənən uşaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
180

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
202

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
364

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
204

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
259
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 00:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru