ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ÖLKƏ NİYƏ BU DURUMA SALINIB? | MİLLİ PARKDA HƏYAT DONUB | ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR | ERMƏNİLƏR PUTİNDƏN ABİDƏ İSTƏDİLƏR | I DÜNYA MÜHARİBƏSİNİN SONUNCU VETERANI VƏFAT EDİB | BIÇAQLA SİLAHLANMIŞ ŞƏXS MƏKTƏBƏ GİRƏRƏK İKİ UŞAĞI YARALAYIB | NOKİA ŞİRKƏTİ 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIR | ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ | CEYRANBATAN SU ANBARI DONUR | ELMAR MƏMMƏDYAROV BRÜSSELƏ GEDİB |

Bizimlə Əlaqə
Foto Xəbər
2012-Cİ İLİN SƏRT QIŞI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ REALLAŞA BİLƏRMİ?

Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"

AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR?

Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı

ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR

Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"

ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI PAYTAXT BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB

Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 
 
 
KOMİTET 300: DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (VI yazı)
 
 
"İllüminatlar"ın ("Küləyi ram edən Moria" - "Moriah Conquering Wind"), "Dionis kultu"nun, "İzida kultu"nun, katarların, "İlahiyə xoş gələnlər"in varisləri olan bu gizlin elit qrupun məqsədləri axı nədən ibarətdir? Özlərini həm də "Olimpiyaçılar" adlandıran bu elit qrupun üzvləri qəti əmindirlər ki (onlar həqiqətən də inanırlar ki, öz mövqeləri və qüdrətləri ilə əfsanəvi Olimp allahlarına bərabərdirlər - Olimp allahları özlərini, Lüsifer kimi, bizim əsl Allahımızdan yüksək tuturdu), İlahi hüququ ilə onlara aşağıdakıları etmək həvalə olunmuşdur.


12-12-2009


Yazının V hissəsinə keçid

 

Hesab edilir ki, “Yeni Dünya Nizamı” ifadəsi dilimizə Fars körfəzində 1991-ci il müharibəsindən sonra düşmüşdür, halbuki Vahid Dünya Höküməti artıq yüz illərdir mövcuddur. Yeni Dünya Nizamı təzə deyil - o bu və ya digər görkəmdə çoxdan mövcud olub və inkişaf edib. Lakin buna baxmayaraq o GƏLƏCƏK İNKİŞAF proqramı kimi qəbul olunur ki, bu da həqiqətə uyğun deyil. YENİ DÜNYA NİZAMI – bu, KEÇMİŞDƏ VƏ İNDİ BAŞ VERƏNLƏRDİR. Yuxarıda mən bax buna görə yazırdım ki, “Vahid Dünya Höküməti” adını daha düzgün hesab etmək lazımdır. Aurelio Peççei öz yaxın dostu Aleksandr Heyqlə söhbət əsnasında etiraf etmişdi ki, özünü “reinkornasiya olunmuş Adam Veysqaupt kimi” hiss edir. Lakin Veysqauptun müasir illüminatları təşkil etmək və onları idarə etmək kimi parlaq qabiliyyəti Peççeidə özünü daha çox büruzə verirdi və bu, Peççeinin NATO-nu necə idarə etməsində və onun qlobal miqyasda siyasətini necə formalaşdırmasında təzahür edirdi.

“Tavistok İnsan Münasibətləri İnstitutu” Peççei ilə konsultasiyalar çağırışını etdi. Konsultasiyalara Mk. Corc Bandi (McGeorge Bundy), Houmer Perlmutter (Homer Perlmutter) və d-r Aleksandr Kinq (Dr. Alexander King) cəlb olunmuşdu. Peççei Londondan Ağ Evə yollandı və burada o, prezident və onun kabineti ilə görüşdü. Sonra Dövlət Departamentinə vizit baş tutdu və o, dövlət katibi, Dövlət Departamenti və Siyasi Planlaşdırma üzrə Dövlət Şurasının kəşfiyyat xidmətlərinin rəhbərləri ilə görüşdü. Beləliklə, Birləşmiş Ştatlar höküməti Komitet 300-ün bu ölkə ilə bağlı planlarından lap əvvəldən tam şəkildə xəbərdar idi. Bax elə bu da “nə üçün hökümətimiz “Roma Klubu”na Birləşmiş Ştatlarda xəyanətkar fəaliyyət həyata keçirməyə imkan verir?” ilə bağlı tez-tez verilən sualın cavabıdır.

Volkerin iqtisadi və monetar siyasəti Böyük Britaniyanın maliyyə naziri, Komitet 300-ün üzvü Ser Cefri Hounun siyasətini təkrar etdirdi. Bu, Böyük Britaniyanın 1812-ci il müharibəsi dövründən etibarən Birləşmiş Ştatları necə idarə etdiyinə və Komitet 300-ün siyasəti vasitəsilə ölkəyə nəzarəti indi necə davam etdirdiyinə nümunə kimi göstərilə bilər.

“İllüminatlar”ın (“Küləyi ram edən Moria” – “Moriah Conquering Wind”), “Dionis kultu”nun, “İzida kultu”nun, katarların, “İlahiyə xoş gələnlər”in varisləri olan bu gizlin elit qrupun məqsədləri axı nədən ibarətdir? Özlərini həm də “Olimpiyaçılar” adlandıran bu elit qrupun üzvləri qəti əmindirlər ki (onlar həqiqətən də inanırlar ki, öz mövqeləri və qüdrətləri ilə əfsanəvi Olimp allahlarına bərabərdirlər – Olimp allahları özlərini, Lüsifer kimi, bizim əsl Allahımızdan yüksək tuturdu), İlahi hüququ ilə onlara aşağıdakıları etmək həvalə olunmuşdur:

(1) Vahid Dünya Hökümətinin - Yeni Dünya Nizamının üsul-idarəsini və onun idarəçiliyi altında birləşmiş Kilsə və pul sistemini qurmaq. Vahid Dünya Hökümətinin öz “kilsəsini” hələ 1920-1930-cu illərdə yaratmağa başladığını çox az adam bilir. Vahid Dünya Höküməti bəşəriyyətin dini inama olan təbii ehtiyacının ödənməsi üçün nəfəslik verməyin vacibliyini anlayır və buna görə də bu inamı özünə sərf edən məcraya yönəltmək üçün “kilsə” təşkilatını təsis etmişdir.

(2) Milli özünüdərkin və milli ləyaqətin tam şəkildə dağıdılması.

(3) Yalnız özünün yaratdığı din - yuxarıda xatırlatdığımız - istisna olmaqla, dinin, xüsusilə də Xristianlığın dağıdılması.

(4) Şüurun idarə edilməsi vasitələrindən, eləcə də Bjezinskinin “texnotronika” adlandırdığının vasitəsilə – bu insanabənzər robotlar və elə bir terror sistemi yaradacaq ki, Feliks Dzerjinskinin qırmızı terroru onunla müqayisədə uşaq oyunu təsiri bağışlayacaq - istisnasız olaraq hər bir insan üzərində nəzarət.

(5) “Sıfır səviyyəsində artım olan postindustrial cəmiyyət” adlandırılan dövrdə sənayenin hər cür inkişafının və nüvə stansiyalarında elektrik enerjisi istehsalının tamamilə dayandırılması. Kompüter sənayesi və xidmət industriyası istisna təşkil edəcək. Birləşmiş Ştatlarda saxlanan sənaye qul əməyi zəngin olan Meksika kimi ölkələrə keçiriləcək. Sənayenin dağıdılması nəticəsində meydana çıxacaq işsizlər ya heroin və yaxud kokain istifadə edən narkomana, ya da bu gün “Qlobal-2000” (Global 2000) adı altında məlum olan məhvetmə statistikasında rəqəmlərə çevriləcək.

(6) Narkotiklərin və pornoqrafiyanın leqallaşdırılması.

(7) Böyük şəhərlərin əhalisinin Kambocada Pol-Pot rejiminin sınaqdan keçirdiyi ssenari üzrə ixtisarı. Qeyd etmək maraqlı olardı ki, Pol-Pot üçün genosid planı burada, Birləşmiş Ştatlarda, “Roma Klubu”nun tədqiqat mərkəzlərindən birində yaradılmışdı. Bu da maraqlıdır ki, Komitet hazırda polpotçu qatilləri Kambocada yenə də hakimiyyətə gətirmək niyyətindədir.

(8) Komitetin faydalı hesab etdiyi elmi-tədqiqat işlərindən başqa qalan bütün elmi fəaliyyətin dayandırılması. Əsas səylər nüvə enerjisinin dinc məqsədlər üçün istifadə olunmasına qarşı yönəldilməlidir. Soyuq termonüvə sintezi üzrə eksperimentlər xüsusi nifrət doğurur və onlar hazırda Komitet və ona tabe olan mətbut tərəfindən hər vasitə ilə diskreditasiya edilir və lağa qoyulur. Soyuq termonüvə sintezi əsasında reaktorların yaradılması Komitetin “təbii resursların məhdud olması” konsepsiyasını alt-üst edərdi. Düzgün istifadə olunarsa, bu cür energetik avadanlıqların köməyi ilə ən adı dağ süxurlarından istənilən maddəni və materialı yaratmaq mümkündür. Soyuq termonüvə sintezi reaktorlarının imkanları həqiqətən də sonsuzdur və onlar bəşəriyyətə elə sərvətlər bəxş edə bilər ki, insanlar bunlar haqqında indi heç uzaqdan-uzağa da təsəvvürə malik deyil.

(9) Onların “faydasız yeyənlər” adlandırdıqları 3 milyard adamın 2020-ci il üçün inkişaf etmiş ölkələrdə məhdud müharibələr, “üçüncü dünya” ölkələrində isə aclıq və xəstəliklər yolu ilə məhv edilməsi. Komitet 300 Sayrus Vensə bu genosidi həyata keçirməyin ən yaxşı üsulu haqda məruzə yazmağı tapşırmışdır. “Qlobal 2000 Məruzəsi” (Global 2000 Report) adı altında çıxan bu iş bəyənilmiş və prezident Karterin şəxsində ABŞ höküməti, eləcə də o vaxtkı dövlət katibi Edvin Maskinin şəxsində ABŞ Dövlət Departamenti tərəfindən rəhbər vəsait qismində qəbul olunmuşdur. “Qlobal 2000” məruzəsinə əsasən ABŞ-ın əhalisi 2050-ci il üçün 100 milyon nəfərə qədər ixtisar olunmalıdır.

(10) Kütləvi işsizlik yaratmaqla millətin mənəvi ruhunu və fəhlə sinfinin mübarizə əzmini qırmaq. “Roma Klubu”nun həyata keçirdiyi “sıfır səviyyəsində artım” siyasəti nəticəsində iş yerləri ixtisar olunduqca mübarizə əzmi qırılan və ruhdan düşən fəhlələr içkiyə və narkotiklərə qurşanacaq. Ölkənin gəncləri rok-musiqi və narkotiklər vasitəsilə mövcud qayda-qanunlara, adət-ənənələrə qarşı qiyama sövq ediləcək və bunun nəticəsində ailənin əsasları sarsıdılacaq və əvvəl-axır dağıdılacaq. Komitet 300 bu məqsədlərə nail olmaq üzrə planın layihəsini hazırlamağı “Tavistok İnsan Münasibətləri İnstitutu”na tapşırıb. Tavistok öz növbəsində bu işi “Stenford Tədqiqat Universiteti”nə tapşırmışdı. Sonradan “Dolça Erasının Sui-qəsdi” adı ilə tanınan həmin plan “Stenford Tədqiqat Universiteti”ndə professor Uillis Harmonun rəhbərliyi altında hazırlanmışdır.

(11) Xalqların öz müqəddaratını özlərinin həll etməsinə yol verməmək və bu məqsədlə süni surətdə müxtəlif böhran vəziyyətləri yaratmaq və sonra da həmin böhranları “idarə etmək”. Bu yolla əhali elə bir dərəcədə zəiflədiləcək və onun mübarizə ruhu elə səviyyəyə salınacaq ki, həddən artıq geniş seçim imkanları olan şəraitdə böyük insan kütlələri sadəcə olaraq apatiya halına qərq olacaq. ABŞ-da böhranların idarə olunması üzrə xüsusi agentlik artıq yaradılmışdır. Bu qurum “Fövqəladə Vəziyyətlərin İdarə Olunması üzrə Federal Agentlik” (FEMA) adlanır və onun haqqında geniş ictimaiyyətə mən ilk dəfə hələ 1980-ci ildə xəbər vermişəm. Kitabın gedişində aşağıda FEMA haqqında daha geniş informasiya veriləcəkdir.

(12) Yeni kultların yaradılması və artıq fəaliyyət göstərənlərin dəstəklənməsi – bunlara Mik Caqqer kimi çirkin degeneratın “Rollinq Stounz” qrupu (Avropanın “Qara Aristokratiyası” arasında xüsusilə pərəstiş edilən qrupdur) kimi rok-musiqi qanqsterləri, eləcə də “Bitlz”dan tutmuş, Tavistokun yaratdığı rok-qrupların hamısı daxildir. “Britaniya Ost-Hind Kompaniyası”na nökərçilik edən Darbi tərəfindən əsası qoyulan “Xristian fundamentalizmi” kultunun bərqərar olunmasının davam etdirilməsi. Gerçəklikdə bu kult sionist İsrail dövlətinin gücləndirilməsinə yönəldilmiş olacaq. Bu məqsədə “Allahın seçdiyi xalq” əsatiri vasitəsilə kultun tərəfdarlarının yəhudilərlə eyniləşdirilməsi, eləcə də onların yanlış olaraq xristianlığın gücləndirilməsinə xidmət edən xoşniyyətli dini fəaliyyət kimi qəbul etdikləri işlərə əhəmiyyətli həcmdə pul vəsaitlərinin  keçirilməsi yolu ilə nail olunacaq.

(14) “Müsəlman Qardaşları” kimi dini kultların, müxtəlif təriqətli müsəlman fundamentalizminin, sikxizmin yayılmasına yardım etmək, eləcə də Cim Consonun “Semin oğlanları” işində olduğu kimi, qətllər üzrə eksperimentlər keçirmək.

(15) Mövcud dinlərin, xüsusilə də xristian dininin dayaqlarının sarsıdılması məqsədilə bütün dünyada “dindən azad olma” ideyalarının bərqərar olunması. Bu ideya öz mənbəyini Nikaraquada Samosa rejiminin devrilməsinə gətirən, bu gün isə artıq 25 ildir “vətəndaş müharibəsi” vəziyyətində olan Salvadoru, Kosta-Rikanı və Hondurası dağıdan “iezuit teologiyasında azad olmadan” götürür. Üzdəniraq, azad olunma teologiyasını yayan ən fəal təşkilatlarda biri kommunistyönlü “Mariya Knollun Missiyası”dır (Mary Knoll Mission). Mariya Knollun dörd, necə deyərlər, rahibəsinin bir neçə il əvvəl Salvadorda qətlə yetirilməsinə kütləvi informasiya vasitələrinin ciddi diqqəti də məhz bununla izah olunur.

Həmin dörd rahibə kommunistlərin təxribatçı agentləri idi və onların fəaliyyəti Salvador hökümətinin sənədlərində təfərrüatı ilə əks olunmuşdu. Amerikanın informasiya agentlikləri və mətbuatı Salvador hökümətinin əlində olan və “Mariya Knollun Missiyası”nın rahibələrinin ölkədə əslində nə işlə məşğul olduqlarını sübuta yetirən çoxsaylı sənədləri dərc etdirmək və ya şərh etməkdən qətiyyətlə imtina etdi. Mariya Knoll bir çox ölkələrdə fəaliyyət göstərir, o, Rodeziyada, Mozambikdə, Anqolada və Cənubi Afrikada kommunizmin yayılmasında aparıcı rol oynayıb.

(16) Dünya iqtisadiyyatında ümumi böhranın yaradılması və ümumi siyasi xaosun təhrik olunması.

(17) ABŞ-ın daxili və xarici siyasətinin bütünlüklə nəzarət altına alınması.

(18) Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Valyuta Fondu (BVF), “Beynəlxalq Hesablaşmalar Bankı” (BHB), Dünya Məhkəməsi kimi dövlətüstü təşkilatlara mümkün qədər güclü dəstək verilməsi, eləcə də yerli hakimiyyət orqanlarını nüfuzdan salmaq, onların rolunu tədricən heçə endirmək və ya onları BMT-nin bayrağı altına keçirmək.

(19) Bütün hökümətlərə xəyanətkar agentlərin yeridilməsi və ölkələrin suveren bütövlüyünün dağıdılmasına istiqamətlənən fəaliyyətin bu hökümətlərin daxilindən həyata keçirilməsi.

(20) Ümumdünya terror aparatının təşkil olunması və terrorçuluq fəaliyyətinin olduğu hər yerdə terrorçularla danışıqların aparılması. Xatırlamaq lazımdır ki, İtaliya və ABŞ hökümətini baş nazir Moronu və general Dosieri (General Dozier) oğurlayan “Qırmızı briqadalarla” danışıqlara başlamağın vacibliyinə məhz Benito Kraksi inandırmışdı. Yeri gəlmişkən, general Dosier başına gələnləri yaymamaq barədə əmr almışdır. Əgər o, sükutu pozarsa, şübhəsiz ki, ondan “başqalarına görk olmaq üçün dəhşətli nümunə” edəcəklər – Kissincerin Aldo Moro, Əli Bxutto və general Ziya Ül Həqqlə etdiyinə bənzəyən daha bir “dəhşətli nümunə”.

(21) Təhsilin tamamilə və birdəfəlik dağıdılması məqsədi ilə ABŞ-da təhsil üzərində nəzarətin qurulması.

 

Yaşar Əsədov: Azərbaycan dilinə tərcümə kitabın 1992-ci il tarixli 2-ci nəşri üzrə rus dilinə tərcüməsindən edilmişdir.

(ardı var)

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

19/01/2012 - 14:12 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN DÖVLƏT ÇEVRİLİŞLƏRİ -2

n

19/12/2011 - 13:38 PKK-nın BİR NEÇƏ MİLYARDLIQ GƏLİRİ!

n

19/12/2011 - 12:31 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ TÜRKİYƏYƏ CAVAB VERMƏK İSTƏMƏDİ

n

17/12/2011 - 14:59 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN DÖVLƏT ÇEVRİLİŞLƏRİ

n

13/12/2011 - 16:01 ABŞ-ın TÜRKİYƏ-İSRAİL PLANI

n

09/12/2011 - 19:55 MİSSİONERLƏRİN AZƏRBAYCANLA BAĞLI GİZLİ HESABATI

n

08/12/2011 - 15:40 BUXARESTDƏ MKİ-nin GİZLİ HƏBSXANASI VAR

n

05/12/2011 - 16:58 TELEFONLARINIZI HANSI ŞİRKƏTLƏR DİNLƏYİR?!

n

05/12/2011 - 13:27 TÜRK HAKİMİYYƏTLƏRİ ÖCALANA NƏ VƏ NİYƏ HƏDİYYƏ ETDİ?!

n

02/12/2011 - 16:25 VADİNİN DİRİLTDİYİ KARA və YEŞİL

n

18/11/2011 - 15:52 RUSİYA RƏHBƏRLİYİNDƏKİ 10 KQB ZABİTİ

n

10/11/2011 - 12:32 HÜQUQ MÜDAFİƏÇİLƏRİ VƏ MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ

n

01/11/2011 - 18:23 KONDALİZA RAYS TARİXİ SİRRİ KİTABINDA İFŞA ETDİ

n

27/10/2011 - 16:09 "XAÇLI SƏFƏRİ" ÇEVRİLİŞİ

n

27/10/2011 - 13:57 SƏDDAM HÜSEYNİN GİZLİ DANIŞIQLARI YAYILDI

n

25/10/2011 - 14:11 TÜRKİYƏDƏKİ ZƏLZƏLƏ BARƏDƏ BÖYÜK İDDİA!

n

17/10/2011 - 18:27 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN DEMOKRATİYA ANLAYIŞI

n

30/09/2011 - 12:54 MKİ MOSSADA NİYƏ SƏHV HESABAT GÖNDƏRDİ?

n

22/09/2011 - 13:14 SİRLİ BULUDLAR VƏ NAMƏLUM YOXA ÇIXMALAR

n

21/09/2011 - 13:13 MÜBARİZ NORYEQA VƏ BİN LADEN MKİ AGENTİ OLUB

n

19/09/2011 - 11:47 TÜRKİYƏLİ YAZAR ŞOK AÇIQLAMA VERDİ

n

10/09/2011 - 10:38 VİKİLEAKS AZƏRBAYCAN MÜSƏLMANLARI VƏ ŞEYXDƏN YAZDI

n

07/09/2011 - 18:54 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNƏ HÖKM EDƏN ŞƏXS - Kissincer

n

15/08/2011 - 16:58 "COCO CHANEL" FAŞİST AGENTİ İDİ

n

10/08/2011 - 18:22 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ VƏ MOSSAD

n

10/08/2011 - 13:36 SURİYADAN ABŞ-a AĞIR KƏŞFİYYAT ZƏRBƏSİ VURULUB

n

06/08/2011 - 16:16 "MƏSİH DƏ ATOM BOMBASINI SEVİR"

n

03/08/2011 - 17:55 MKİ VƏ BİLDERBERG QRUPU

n

02/08/2011 - 13:09 DUSTAQ QADININ FƏRYADI

n

14/07/2011 - 19:00 "COUNCIL ON FOREIGN RELATIONS" - XARİCİ ƏLAQƏLƏR KOMİTƏSİ

n

11/07/2011 - 12:46 O GÜN NƏ BAŞ VERDİ?

n

06/07/2011 - 14:37 SUPER NATO VƏ ONUN CİNAYƏT ŞƏBƏKƏSİ

n

01/07/2011 - 18:51 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ

n

30/06/2011 - 13:10 "NAMAZ QILMAYANI ÖLDÜRMƏK VACİBDİR!"

n

29/06/2011 - 14:12 GLADİO NECƏ YARANDI?

n

25/06/2011 - 12:40 DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (III hissə)

n

22/06/2011 - 13:19 SOVET CASUSLARINDAN STALİNƏ 30 XƏBƏRDARLIQ!

n

21/06/2011 - 14:46 BİLDERBERG-in NÖVBƏTİ GİZLİ TOPLANTISI KEÇİRİLİB

n

16/06/2011 - 10:25 İLHAM ƏLİYEVƏ NÖVBƏTİ "WİKİLEAKS" ZƏRBƏSİ

n

15/06/2011 - 16:41 DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (II hissə)

n

08/06/2011 - 13:58 DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (I hissə)

n

06/06/2011 - 16:10 MOSSADın "TROYA ATI" İDDİASI

n

31/05/2011 - 18:30 OSMANLI İMPERİYASININ ƏSL ÇÖKÜŞ SƏBƏBİ

n

13/05/2011 - 10:59 "KQB"-nin GİZLİ FƏALİYYƏTİ İNTERNETDƏ

n

07/05/2011 - 14:03 "KOMİTET 300"ün MƏTBUAT RUPORU: "TAYMS" (XXXVIII yazı)

n

03/05/2011 - 15:28 WİKİLEAKS RƏHBƏRİNDƏN FACEBOOK-a AĞIR İTTİHAM

n

03/05/2011 - 13:27 ASALA-nı DİRİLTMƏKDƏ KİM MARAQLIDIR?

n

30/04/2011 - 13:47 TAXT-TAC HƏR ŞEYƏ NAZARƏT EDİR (XXXVIII yazı)

n

25/04/2011 - 13:23 WİKİLEAKS İNDİ DƏ QUANTANAMODAN YAZDI

n

23/04/2011 - 11:54 "KOMİTET 300"ün STRUKTUR SXEMİ (XXXVII yazı)

n

20/04/2011 - 17:02 KENNEDİ SUİ-QƏSDİNDƏ YENİ İDDİA

n

20/04/2011 - 11:38 HAKİMİYYƏT DÖVLƏT HİMNİNİ DƏYİŞİR

n

19/04/2011 - 13:26 FRANSA VƏ İNGİLTƏRƏNİN 4 AY ƏVVƏLKİ LİVİYA MANEVRİ

n

14/04/2011 - 13:40 KOMİTET 300 - DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXXVI yazı)

n

12/04/2011 - 13:13 TÜRKİYƏNİN ATOM BOMBASI VARMI?

n

31/03/2011 - 12:22 YENƏ ORQAN MAFİYASI, YENƏ AZƏRBAYCAN

n

15/02/2011 - 12:04 70 İLDƏN SONRA ORTAYA ÇIXAN TARİXİ FAKT

n

08/01/2011 - 16:09 KOMİTET 300 - DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXXV yazı)

n

07/01/2011 - 13:04 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

n

06/01/2011 - 15:47 ANS-in EFİRİNƏ MASON EMBLEMİNİ KİM YERLƏŞDİRİB?

n

28/12/2010 - 13:39 YAP TURQUT ƏRİN KİTABINA ADEKVAT CAVAB HAZIRLAYIR

n

24/12/2010 - 10:12 ABŞ AZƏRBAYCANA MÜHARİBƏ İCAZƏSİ VERİB

n

23/12/2010 - 13:52 DÜNYANIN ƏN GİZLİ TƏRİQƏTLƏRİ

n

22/12/2010 - 15:53 YƏHUDİLƏRİN HİTLERİ HAKİMİYYƏTƏ GƏTİRMƏSİ İFŞA OLUNUB

n

22/12/2010 - 13:18 2050-Cİ İLƏ QƏDƏR 6 MİLYARD İNSAN 4 MİLYARD EDİLƏCƏK

n

18/12/2010 - 15:24 İBLİS İDEYALARININ DAŞIYICILARI

n

13/12/2010 - 11:44 DÜNYA ÜZƏRİNDƏKİ MALİYYƏ NƏZARƏTİ

n

06/12/2010 - 11:50 CİA-dan İLHAM ƏLİYEVƏ SUİ-QƏSD HƏDƏSİ

n

30/11/2010 - 14:41 TÜRK GENERALIN WİKİLEAKS AÇIQLAMASI

n

27/11/2010 - 17:13 TİRYƏK SİYASƏTİNƏ ABŞ VƏ İNGİLTƏRƏDƏKİ AİLƏLƏR BAŞÇILIQ EDİR

n

20/11/2010 - 14:09 KOMİTET 300-ün PORTFELİNDƏKİ ƏN QİYMƏTLİ AKTİV

n

13/11/2010 - 17:38 KRAL AİLƏSİNİN NARKOTİK TİCARƏTİ BU GÜN DƏ DAVAM EDİR

n

09/11/2010 - 12:34 ABŞ-IN ÖLDÜRMƏK İSTƏDİYİ ŞƏXS

n

29/10/2010 - 18:12 TÜRKİYƏNİN HƏRBİ SİRRLƏRİNİ KİM OĞURLAYIB?

n

27/10/2010 - 11:56 İRANIN GİZLİ BAZASINDA BAŞ VERƏN QƏZADA MOSSAD ŞÜBHƏSİ

n

26/10/2010 - 15:23 BMT-NİN MİNLƏRLƏ SƏNƏDİ OĞURLANDI

n

23/10/2010 - 18:52 BÖYÜK BRİTANİYANIN ÇİNƏ QARŞI TİRYƏK MAFİYASI

n

18/10/2010 - 13:31 MAFİYA BAŞÇISI ERMƏNİSTAN HAKİMYYƏTİNİN YAXIN DOSTU ÇIXDI

n

15/10/2010 - 13:51 "BARONLARIN TOPLANTISI"NIN AZƏRBAYCAN UZANTILARI

n

13/10/2010 - 11:13 TURQUT ÖZALIN HƏYAT YOLDAŞINDAN ŞOK AÇIQLAMA

n

13/10/2010 - 11:00 AST TELMAN VƏ XARİCİ İŞLƏR NAZİRİ PRİTONDA

n

12/10/2010 - 14:50 AZƏRBAYCANLI "LOTU"LAR NİYƏ VURULUR?

n

02/10/2010 - 13:42 ÖZALIN HƏYATDA OLDUĞU SON GECƏNİN ŞOK DETALLARI

n

30/09/2010 - 16:21 7000 PANAMALI NİYƏ ÖLDÜRÜLDÜ? (XXVIII yazı)

n

27/09/2010 - 15:56 OBAMANIN "DAYILAR"I TAPILDI

n

21/09/2010 - 18:00 TURQUT ÖZALIN ÖLÜMÜ İLƏ BAĞLI ŞOK İDDİA

n

17/09/2010 - 16:24 ŞOK! TURQUT ÖZALI ERGENEKON ÖLDÜRÜB

n

15/09/2010 - 15:40 PENTAQON KİMƏ 320.000 DOLLARI ÖDƏYİB? (XXVII yazı)

n

07/09/2010 - 16:54 MÜSƏLMAN SÜMÜYÜNDƏN BƏZƏDİLMİŞ KİLSƏ

n

06/09/2010 - 13:37 PENTAQONDA 264 POZĞUN VAR

n

01/09/2010 - 12:28 RUSİYALI GENERALIN MEYİDİ TÜRKİYƏDƏ TAPILDI

n

28/08/2010 - 15:18 HEROİN TİCARƏTİ BÖYÜK BİZNESDİR

n

26/08/2010 - 10:51 WİKİLEAKSIN SON İFŞASI: CİA DOSYALARI

n

20/08/2010 - 12:38 KOMİTET 300: DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXV yazı)

n

17/08/2010 - 16:38 60 İL SONRA ÜZƏ ÇIXAN MÜDHİŞ SİRR

n

16/08/2010 - 12:17 RUSİYANIN ABŞ İLƏ GİZLİ ANLAŞMASI ÜZƏ ÇIXDI

n

07/08/2010 - 11:40 KOMİTET 300: DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXIV yazı)

n

27/07/2010 - 11:00 NAZİRİN ARVADI MƏŞQÇİSİNƏ QOŞULUB QAÇDI

n

24/07/2010 - 12:21 MOBİL TELEFONUNUZ DİNLƏNİLİRMİ?

n

23/07/2010 - 16:53 KOMİTET 300: DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXIII yazı)

Günün Sitatı
RAFİQ ƏLİYEV
“Əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net