"Yeyirəm Böyüyürəm" kitabının müəllifi Zümrüd Özkan, analara, uşaqları üçün xüsusilə qazan yeməkləri bişirmələrini təklif edir. Özkan kolbasa, sosiska kimi çiy məhsullarından uzaq durmasını bildirir.
Ana olduqdan sonra uşaqların bəslənməsinin çox əhəmiyyətli olduğunu başa düşdüyünü söyləyən "Yeyirəm Böyüyürəm" kitabının müəllifi, analara xüsusi tövsiyələr də edib...
- Uşaq yeməkləriylə məşğul olmağa necə başladınız?
- Ana olmaq, bir fərd yetişdirmək, şərtsiz sevgini anlamaq həyatımda yeni qapılar açdı. Böyüklər kimi bəslənmə zamanı gəldikdə, oğulumun özü üçün yeni olan bəslənmə proqramına keçidi asanlaşdırmaq və yeməkləri sevərək yeməsini təmin etmək üçün yeməkləri onun ağız dadına görə uyğunlaşdırmağa çalışdım. Beləcə mətbəxi, yalnız doydurmaq məqsədli deyil, balanslı bəsləyiş üçün istifadə etməyə başladım.
- Sonra da bu reseptlərinizi bir kitabda yığdınız...
- Bəli, oğulum üçün kəşf etdiyim xüsusi bəsləmələri, "Yeyirəm Böyüyürəm" adlı kitabda yığdım. Burada uşaq bəslənməsi mütəxəssislərinin yazılarına və anaların yemək reseptlərinə yer vermişəm.
- Uşaqlar üçün yemək hazırlayarkən nələrə diqqət yetirmək lazımdır?
- Uşaq olduqdan sonra, yeməyin ləzzətli olduğu qədər də, qidalandırıcı olmasına da əhəmiyyət vermək lazımdır. Uşaqların inkişafına müsbət təsir etməyən gərəksiz şeyləri mətbəxdə istifadə etməmək lazımdır. Uşaqlar sözhbət mövzusu olduqda, balanslı və kafi bəslənmə həyati əhəmiyyət daşıyır. Uşaq olan bir evdə həddindən artıq duzlu, yağlı, qızartma yeməklərdənsə; müxtəliflik ehtiva edən, daha çox maye yağlarla bişirilmiş qazan və soba yeməkləri hazırlamaq lazımdır. Ananın yeməklərinin çeşidi artdıqca, uşağın hazır qida və fast-foodlara marağı da o qədər azalacaq.
- Uşaq yeməkləri necə hazırlanmalıdır?
- Uşaq yeməklərində mütləq təbii vəsaitlərdən istifadə edilməlidir. Uşaqların böyüməsinə kömək edəcək qədər qidalandırıcı və onların yeməl istəyini artıracaq qədər ləzzətli yeməklər hazırlamaq lazımdır. Bu mənada uşaq yeməklərini hazırlayarkən; sağlam yağları istifadə etmək, duz və şəkər miqdarlarına xüsusilə diqqət yetirmək, yeməkləri bütün qida qruplarını ehtiva edən müxtəliflikdə hazırlamaq, kimyəvi, boyalı vəsaitlərdən uzaq dayanmaq, qida dəyəri yüksək və sadə yeməklər hazırlamaq lazım olduğunu düşünürəm.
- Uşaq yeməklərinin içində nə olmalıdır, nə olmamalıdır?
- Uşaqların müxtəlifliyə ehtiyacı var. Bu səbəbdən bol tərəvəz və meyvə başda olmaqla, böyümək və sağlam olmaq üçün ehtiyac duyduqları bütün qida qruplarını ehtiva edən yeməklər hazırlanmalıdır. Mövsümsüz meyvə və tərəvəzlər, sosiska, kolbasa kimi məhsulları, şokolad, qazlı içkilər, cipsi, süni dadlandırıcılar, boyalı, kimyəvi vasitələr, mayonez və xüsusilə marqarin istifadə edilməməlidir. İçində qoruyucular olan hazır yeməklərə, şorbalara, bulyonlara yaxınlaşılmamalıdır. Mümkünsə analar uşaqlarının, hazır meyvə sularına belə alışmasına icazə verməsinlər. Çünki təzə meyvənin yerini heç bir şey tuta bilməz.
--------------------------------
Dostunla müzakirə et