Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2020
18:50
8-ci km bazarında mənşəyi məlum olmayan 635 kq ət aşkarlandı - FOTO

AQTA-dan verilən məlumata görə, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarı adlanan ərazidə fiziki şəxs Həsənov İlqar Orucəli oğluna məxsus ət tədarükü sahəsinə baxış keçirilib. Həmin sahədə soyuducularda ümumi çəkisi 635 kq-dan artıq mənşəyi məlum olmayan ət aşkarlanıb. Ətin satış məqsədilə müxtəlif rayonlardan tədarük edildiyi məlum olub.

Yoxlama zamanı ətin rənginin qara, kəskin qoxulu və səthinin selikli olduğu müşahidə edilib. Bununla yanaşı ətin mənşəyi ilə bağlı heç bir sənəd AQTA əməkdaşlarına təqdim olunmayıb.

Aşkarlanan ətlər müsadirə edilərək saxlanca verilib və götürülən nümunələr sınaqların aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Məqalədə : ət AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
310

Livanlı terrorçuya hökm oxundu

14

İyun
11:22
HÜQUQ,HADİSƏ
357

Neft yenidən bahalaşıb

14

İyun
09:32
İQTİSADİYYAT
381

AMB-nin valyuta məzənnələri

14

İyun
09:20
İQTİSADİYYAT
431

Bu gün məktəblərdə "Son zəng" keçiriləcək

14

İyun
09:11
ELM / TƏHSİL
569
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 12:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru