Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2019
11:30
472
7 minədək müəllim işə qəbul olunub - NAZİRLİK

2019-2020-ci tədris ili üzrə müddətsiz müqavilə əsasında 3260 müəllim işə qəbul olunub. Onlardan 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub.

Bu haqda Faktxeber.com-a Təhsil Nazirliyindən məlumat verilib. İndiyədək 3615 nəfər müddətli müqavilə əsasında müəllim adını qazanıb. Hazırda müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesi davam edir.

Qeyd edək ki, ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib, 10 mindən çox müəllim bu tədbirlərdən faydalanıb.

Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub.

Bu il ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların hər 4 nəfərindən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.

Məqalədə : Nazirlik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İki rayonda qaz olmayacaq

21

Oktyabr
12:07
ÖLKƏ
25

Ərbəin gecəsi Kərbəla - FOTO

21

Oktyabr
11:42
MƏNƏVİYYAT
124

Xəzər dənizində zəlzələ olub

21

Oktyabr
11:30
HÜQUQ,HADİSƏ
26

Şənbə-bazar yol qəzalarında 5 nəfər ölüb

21

Oktyabr
10:52
HÜQUQ,HADİSƏ
31

Bakıda 8 yaşayış binası söküləcək

21

Oktyabr
10:02
ÖLKƏ
66

Xarici valyutaların manata qarşı məzənnələri

21

Oktyabr
09:26
İQTİSADİYYAT
45

Neftin ucuzlaşması davam edir

21

Oktyabr
09:18
İQTİSADİYYAT
52

Əli Kərimli saxlanıldı - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1337
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 12:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru