Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

2019-cu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9 faiz üstələyərək 21,1 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsindən FaktXeber.com-a verilən məlumatda bildirilir ki, ticarət dövriyyəsinin 10,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyul aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,2 faiz artmışdır.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,2 faizi ticarət müəssisələri, 49,3 faizi fərdi sahibkarlar tərəfindən, 30,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,5 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artmış, bazar və yarmarkalarda isə 5,1 faiz azalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,1 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,4 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib
07
Dekabr
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
07
Dekabr
İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?
07
Dekabr
Fələstin hökuməti Qəzzada Amerika Sahara Xəstəxanasının yaradılmasının əleyhinədir
07
Dekabr- 07-12-2019 11:43 Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub
- 07-12-2019 11:40 Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb
- 06-12-2019 17:24 Dekabrın 9-na manatın məzənnəsi
- 06-12-2019 10:49 Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının növbəti iclası başlayıb
- 05-12-2019 16:13 Qaxda bal emalı müəssisəsi açılıb
- 05-12-2019 12:32 Bakı aeroportunda elektron sərhəd-keçid məntəqəsi işə salınacaq
- 05-12-2019 09:34 Dekabrın 5-də xarici valyutaların manata qarşı məzənnələri
- 04-12-2019 20:41 Quş ətinin 1 kiloqramı üçün 1 dollar gömrük rüsumu tətbiq ediləcək
- 04-12-2019 17:32 Dekabrın 5-nə manatın məzənnəsi
- 04-12-2019 09:33 Xarici valyutaların manata qarşı məzənnələri
- 02-12-2019 10:25 Xarici valyutaların manata qarşı məzənnələri
- 29-11-2019 17:29 Dekabrın 2-nə manatın məzənnəsi
- 29-11-2019 12:15 Milli Məclis gələn ilin dövlət büdcəsini qəbul edib
- 29-11-2019 10:29 Sabahdan Azərbaycana idxal edilən benzinə 15% gömrük rüsumu tətbiq ediləcək
- 28-11-2019 16:16 İqtisadiyyat Nazirliyində vəzifə təyinatları olub
- 28-11-2019 09:30 Noyabrın 28-də xarici valyutaların manata qarşı məzənnələri
- 27-11-2019 17:36 Noyabrın 28-nə manatın məzənnəsi
- 27-11-2019 12:20 Bu il sığorta şirkətlərindən 570.5 mln. manat məbləğində sığorta haqqı toplanıb
- 27-11-2019 10:23 Qaz İxrac edən Ölkələr Forumunun V Sammitində Azərbaycanı Energetika naziri təmsil edəcək
- 27-11-2019 09:22 AMB-nin valyuta məzənnələri
- 27-11-2019 08:54 Azərbaycan neftinin qiyməti dəyişdi
- 26-11-2019 17:05 Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir
- 26-11-2019 11:56 SOCAR: Yeraltı qaz anbarlarına bu il vurulan qazın həcmi rekord səviyyəyə çatıb
- 26-11-2019 09:41 Azərbaycan nefti ucuzlaşdı, "Brent" isə bahalaşdı
- 26-11-2019 08:36 Azərbaycanda avtomobil istehsalı artıb