Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2019
12:30
6 ayda Azərbaycana 1,3 milyon turist gəlib

Sentyabrın 27-si Dünya Turizm Günüdür. Bu il Dünya Turizm Günü “Turizm və iş yerləri: hamı üçün daha yaxşı gələcək” şüarı altında keçirilir.

Bu il Dünya Turizm Gününün əsas tədbirlərinə Hindistanın Nyu-Delhi şəhəri ev sahibliyi edir. Birgünlük konfransın sessiyalarında turizm sektorunun daha çox və yaxşı iş yerləri yaratmaq imkanı və bununla da dünyada hamı üçün daha yaxşı gələcək qurulmasına köməyi vurğulanacaq. Konfransda, həmçinin əmək bazarında və texnoloji sektorda baş verəcək dəyişikliklərin yaradacağı imkan və problemlər müzakirə olunacaq.

Qeyd edək ki, Dünya Turizm Günü ölkəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd olunmağa başlayıb. Məhz həmin il Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzv kimi qəbul olunub. 27 sentyabr tarixi ölkəmizdə həm də turizm işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur.

Son illər aparılan tədbirlər nəticəsində ölkəyə gələn turistlərin sayında da canlanma müşahidə olunur. 2018-ci ildə Azərbaycana gələn xaricilərin sayında 2017-ci illə müqayisədə 5.7 faiz artım olub. Eləcə də 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyona çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5 faiz çox qonaq deməkdir. Hədəf 2023-cü ilədək ölkəyə gələn turist sayını 2 dəfəyədək artırmaqdır.

Məqalədə : turizm günü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43316

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41593

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43244

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42697

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48239

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42772

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43214
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 01:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru