Bağça və birinci sinif şagirdlərinin istifadə etdiyi plastilinlərdə təhlükə var
29-09-2009 / 22:51
İbtidai təhsil və bağça şagirdlərinin ən çox istifadə etdiyi dəftərxana ləvazimatı vəsaitlərindən rəngli plastilinlərdə, xüsusilə Çindən idxal edilən məhsulların kanserojen təsirinin olduğu və valideynlərin bunun üçün daha diqqətli davranmaları lazımdır.
Dəftərxana işçiləri də adətən valideynlərə daha keyfiyyətli marka almağı məsləhət bilirlər. Türkiyənin Aralıq dənizi Universiteti Tibb Fakültəsi Uşaq Sağlamlığı və Xəstəlikləri və Uşaq Onkoloji şöbəsinin mütəxəssisi Prof.Dr.Vulkan Xəzər, bir çox məhsulda bu cür risklərə rast gəlinə biləcəyini söyləyərək, valideynlərin daha keyfiyyətli məhsullara üstünlük verməsini qeyd edib.
Son illərdə, xüsusilə idxal məhsullarıyla birlikdə bu risklərin artdığına da diqqət çəkən Dr.Xəzər, valideynlərin uşaqlarına aldıqları plastilin və digər boyalı dəftərxana ləvazimatı vəsaitlərini seçərkən Səhiyyə Nazirliyinin uyğun hesab etdiyi məhsulların seçilməsini məsləhət bilib. O həmçinin Türkiyədə hər il təxminən 3 min uşağa xərçəng diaqnozu verildiyinə də diqqət çəkib.
Sözügedən problemin Azərbaycanda da varlığını nəzərə alıb, biz də valideynləri diqqətli olub, bu cür məhsulları alarkən tanınmış firmaların və üstündə müvafiq lisenziyası olan məhsulları almağı mələhət bilirik. Necə deyərlər: Uşaqlarımızın gələcəyi bizim əlimizdədir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.