Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
10:06
238
4 kq doğulub ölən körpəylə bağlı açıqlama

Mərkəzi Dəmir Yolu Xəstəxanası doğuş zamanı ölən körpə ilə bağlı rəsmi açıqlama verib.

Xəstəxanadan "Qafqazinfo"ya daxil olan məlumata görə, ailə uşağın qeysəriyyə əməliyyatı ilə dünyaya gəlməsinə razı olmayıb:

"Abşeron rayonu, Qobu qəsəbə sakini, 20 yaşlı  Səadət Qurbanova, 39 həftəlik hamiləlik, baş gəlişi, birinci doğuşun üçüncü dövrü, iri döl diaqnozu ilə Mamalıq-ginekologiya bölməsinin  doğum blokuna daxil olub. Səadət Qurbanovaya və onun qohumlarına qeysəriyyə əməliyyatı təklif olunsa da, onlar bu təkliflə razılaşmayıb. Sentyabrın 23-də, saat 10:30-da təbii yolla çəkisi 4300 qram olan qız uşağı dünyaya gəlib. Yeni doğulan körpədə həyat əlamətləri olmayıb. Bütün zəruri reanimasion tədbirlərə baxmayaraq, onda həyat əlamətləri əmələ gəlməyib, ölüm qeydə alınıb”.

Qeyd edək ki, ailə şikayətində onlara qeysəriyyə əməliyyatının təklif olunmadığını və körpənin təbii doğuş səbəbindən öldüyünü bildirmişdi. Onların sözlərinə görə, doğuşu həyaya keçirən həkim Səkinə Əsədova xəstəxanadan çıxarılıb, hazırda hüquq-mühafizə orqanları tərəfindən haqqında istintaq işi aparılır.

Məqalədə : körpə ölüm 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
49

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
324

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
146

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
65

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
132

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
54
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 02:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru