Argentinada ötən gün baş vermiş qatar qəzasında ölənlərin sayı 49-a çatıb. FaktXeber.com-un verdiyi məlumata görə, Federal Polis Komissarı Nestor Rorigez bildirib ki, insident nəticəsində ölənlərin əksəriyyəti orta yaşlı insanlar olub. Ən çox ölən isə ilk iki vaqonda olub. Hadisə zamanı 550 nəfərin xəsarət aldığı bildirilir ki, onlardan 200-nin vəziyyəti daha ağırdır. Qəza nəticəsində vaqonlardan biri 6 metr digər vaqonun içinə girib. Hərəkət zamanı qatarın sürəti saatda 30 km olub.
Xatırladaq ki, qəza dünən yerli vaxtla 8.32-də qatarın "Uans" dayanacağında dəmiryolu xəttinin üzərinə çəkilmiş sədlə toqquşması nəticəsində baş vermişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.