MEKSİKADA HƏBSXANANIN MÜDİRİ VƏ 28 MÜHAFİZƏÇİ HƏBS OLUNUB
Onlar məhbuslara iğtişaş törətməkdə və qaçmağa yardım etməkdə ittiham olunurlar
23-02-2012 / 11:23
Faktxeber.com-un verdiyi məlumata görə, ötən həftə 30 məhbusun qaçmasından sonra Meksika polisi həbsxananın direktorunu və 28 mühafizəçini həbs edib.
Onlar məhbuslara iğtişaş törətməkdə və qaçmağa yardım etməkdə ittiham olunurlar.
Hökumət nümayəndələri qaçanların «Zeta» narkokarteli ilə əlaqələri olduğunu iddia edirlər. Belə ki, ölənlərin çoxu «Zeta» ilə düşmən münasibətdə olan narkokartellə əlaqədə olanlardır.
Xatırladaq ki, hadisə nəticəsində 44 nəfər həlak olmuşdu.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.