Dünən UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib
23-02-2012 / 11:15
Faktxeber.com-un verdiyi məlumata görə, Avropa Liqasının ilk oyun günündə bir qarşılaşma baş tutub. Turnirin son qalibi "Porto" klubu bu dəfə İngiltərəyə səfər edib. İlk görüşdə evdə rəqibinə 1:2 hesabı ilə məğlub olan Portuqaliya təmsilçisinin təkrar qarşılaşmada biabırçı hesabla uduzaraq titulunu itirib - 4:0. Qolları oyunun 1-ci dəqiqəsində S.Aguero (1:0), 76-da E.Zeko (2:0), 84-də D.Silva (3:0),86-da isə D.Pizarro (4:0) vurub. Qeyd edək ki, bu mərhələnin digər görüşləri isə bu gün keçiriləcək.
22 fevral Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.