Haqsız rəqabətə yol verən "Birlik" MMC 2 min manat cərimələnib
23-02-2012 / 11:03
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Birlik" MMC-yə məxsus istehsalat sahəsində yoxlama aparıb.
Nazirliyin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə istehsal edilən polietilen qablaşdırmada olan elektrik naqillərinin etiketlərində ölçüyə dair məlumatın yanlış göstərilməsi ilə istehlakçıların aldadılması müəyyənləşdirilib.
Nəticədə "Birlik" MMC-yə 2 min manat maliyyə sanksiyası tətbiq edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.