Dünən Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib
23-02-2012 / 10:49
Faktxeber.com-un verdiyi məlumata görə, dünən Çempionlar Liqasının növbəti oyun günündə daha iki qarşılaşma baş tutub. Gözlənilmədən 1/8 finala yüksələn İsveçrənin "Bazel" klubu doğma azarkeşləri önündə "Bavariya"nı qəbul edib. Çempionlar Liqasında böyük təcrübəyə sahib olan Münhen təmsilçisi bu görüşün əsas favoriti hesab olunurdu. Lakin "Bazel" vurduğu yeganə qolla "Bavariya"nı əliboş yola salıb - 1:0.
Günün digər qarşılaşması isə Fransada baş tutub. Burada yerli "Marsel" klubu İtaliya "İnter"ini sınağa çəkib. "A Seriyas"ında işləri normal getməyən "İnter" bütün ümidini ÇL-ə bağlayıb. Lakin Milan təmsilçisi son saniyədə "Marsel"in qoluna mane ola bilməyib və görüşdən məğlub ayrılıb - 0:1.
Qeyd edək ki, dünən keçirilən oyunlarda "Real" səfərdə "CSKA Moskva" ilə bərabərə qaldığı halda (1:1), "Napoli" evdə "Çelsi"ni məğlub edib - 3:1.
22 fevral
Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.