ARTIQ İKİNCİ GÜNDÜR BAKI METROPOLİTENİNDƏ SƏHƏR SAATLARINDA GECİKMƏLƏR OLUR
Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkət qrafikində ləngimələr olub
23-02-2012 / 10:38
FaktXeber.com-un verdiyi məlumata görə, qatarların hərəkət qrafikindəki interval adi günlərdəkindən fərqli olaraq bəzi stansiyalarda 10 dəqiqəyə çatıb. Bu da vaqonlarda sıxlığın yaranmasına səbəb olub. Bundan əlavə qatarların tuneldə dayanması halları da müşahidə olunub.
Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov FaktXeber.com-a açıqlamasında bildirdi ki, metropolitendə hər hansı bir nasazlıq yaranmayıb. Bu cür gecikmələrə səbəb isə sərnişinlərin qatarı gecikdirməsidir: "Əksər vaxtı sərinişinlərin qapıları 15-20 saniyə saxlaması, yekunda qatarların hərəkətinə də təsir edir ki, bir necə dəfə bu cür hadisələrin baş verməsi yekunda intervallarda vaxtın artmasına səbəb olur. Sərnişinlərdən xahiş edirik, qatarların qapılarını saxlayıb gecikdirməsinlər.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.