Abxaziyanın müdafiə naziri Mirab Kişmariya: "Qali sərhəddi həm Rusiya sülməramlı kontingenti, həm də bizim tərəfimizdən mühafizə olunur. "Çin səddini" heç kəs keçə bilməz"
22-02-2012 / 18:00
Faktxeber.com-un verdiyi məlumata görə, Abxaziyanın müdafiə naziri Mirab Kişmariya Gürcüstanla sərhədlərin gücləndirilmiş rejimdə mühafizə olunduğunu bildirib.
O, deyib: «Qali sərhəddi həm Rusiya sülməramlı kontingenti, həm də bizim tərəfimizdən mühafizə olunur. «Çin səddini» heç kəs keçə bilməz».
Xatırladaq ki, bu gün səhər Abxaziya prezidenti Aleksandr Ankvaba Qudauta şəhərində muzdlu qatillər tərəfindən atəşə tutulmuşdu. Hadisə nəticəsində prezidentin üç mühafizəsindən ikisi ölmüşdü.
Qeyd edək ki, Ankvabaya bugünkü hücum artıq 6-cı sui-qəsddir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.