Türkiyə Böyük Millət Məclisinin Xarici siyasət komissiyası Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıb
22-02-2012 / 17:58
FaktXeber.com xəbər verir ki, Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasında Xocalı faciəsinin 20 illiyi ilə bağlı müzakirə keçirilib. Komissiya sədri Volkan Bozkır bildirib ki, komissiyanın bugünki iclasında Xocalı soyqırımının ildönümü səbəbiylə bəyanatın qəbul edilməsinə yekdilliklə qərar verilib.
Komissiyanın yekdilliklə qəbul etdiyi bəyanatda deyilir: ''Xocalı insanlıq tarixinə Ermənistan tərəfindən yazılmış qara bir səhifədir. Azərbaycanın Qarabağ bölgəsinin Xocalı qəsəbəsində 25-26 fevral 1992-ci il tarixində ermənilər tərəfindən planlı şəkildə törədilən qırğınlarda 106-sı qadın, 63-ü uşaq, 70-dən çoxu isə yaşlı olmaqla cəmi 613 Azərbaycan Türkü işgəncə edilərək qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər ermənilər tərəfindən girov götürülmüş və 150 nəfər itgün düşmüşdür. Xocalıda baş verənlər insanlıq tarixi üçün böyük bir ayıb, beynəlxalq hüquqa görə, insanlığa qarşı cinayətdir. Azərbaycan Türklərinə qarşı edilən bu qırğının ağrılarını qardaş Türk milləti olaraq ürəyimizdə hiss edir və bu qırğını pisləyirik.
İnsanlıq və vicdan kimi dəyərləri heçə sayan bu qanunsuz aktın öyrənilməsi və günahkarlarının məsuliyyətə cəlb edilmələri istiqamətindəki haqlı mücadiləsində Türkiyə Azərbaycana dəstək verməyə davam edəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.