"İqtidar sanki qarşısına məqsəd qoyub ki, heç bir halda müxalifətlə razılaşmaq lazım deyil"
22-02-2012 / 16:45
Rusiya prezidenti Dmitri Medvedyev ilk dəfə partiya kimi qeydiyyatda olmayan siyasi partiya və müxalif təşkilatlarının liderləri ilə bir araya gəlib. 4 dekabr 2011-ci il tarixində parlament seçkilərində saxtakarlıq edildiyi üçün on minlərlə insanı meydanlara yığan müxalifət nümayəndələri ilə bir araya gələn Medvedyev, müxalifət nümayəndələrindən ölkənin siyasi islahat işlərinə yardım etmələrini istəyib.
Bəs Azərbaycanda necə, ölkə başçısının müxalifətlə bir araya gəlməsi mümkündürmü? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən ADP-nin sədr müavini Nurəddin İsmayıl, bu cür görüşlərin keçirilməsinin normal bir hal olduğunu bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.