HONDURASDA HƏLAK OLAN 400-ə YAXIN MƏHKUMUN ÖLÜM SƏBƏBİ SİQARET İMİŞ
Ölkənin baş prokuroru Luis Alberto Rubi bildirib ki, hadisənin şahidləri məhbuslardan birinin ağzında siqaret yatarkən gördüklərini deyiblər
22-02-2012 / 14:37
Faktxeber.com-un verdiyi məlumata görə, Hondurasın Komyaqua şəhəri həbsxanasında yüzlərlə məhbusun ölümü ilə nəticələnən yanğına səbəb siqaret imiş.
Ölkənin baş prokuroru Luis Alberto Rubi bildirib ki, hadisənin şahidləri məhbuslardan birinin ağzında siqaret yatarkən gördüklərini deyiblər.
O, həmçinin hadisə vaxtı odlu silahlardan atəş açıldığı barədə xəbərləri təkzib edib: «227 cəsədin müayinəsində heç bir güllə izinə rast gəlinməyib, yanğın isə benzin səbəbindən başlaya bilməzdi».
Qeyd edək ki, dünən həlak olan məhkumların qohumları morqa hücum çəkərək, yaxınlarının cəsədlərini tələb ediblər. Onların ancaq polis yardımı ilə binadan çıxarmaq mümkün olub.
Onu da bildirək ki, bəzi cəsədlər elə haldadır ki, onların şəxsiyyətini ancaq DNA analizi vasitəsi ilə müəyyən etmək mümkün olacaq.
Xatırladaq ki, Komayaqua şəhərində 850 nəfərin saxlandığı həbsxanada faciə nəticəsində 382 nəfər həlak olmuşdu.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.