ABŞ-ın Corciya ştatında gözəllik və sağlamlıq mərkəzinə edilən hücumda 5 nəfər həyatını itirib
22-02-2012 / 13:33
FaktXeber.com CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın Corciya ştatında gözəllik və sağlamlıq mərkəzinə edilən hücumda 5 nəfər həyatını itirib. Polis verdiyi məlumatlara görə, naməlum şəxs Atlantanın şəhərətrafı bölgəsi Norkrossda gözəllik salonuna daxil olaraq 4 nəfər öldürüb. Sonra isə intihar edib.
Amerikanın "Fox" televiziyası isə gözəllik salonunun koreyalı ailə tərəfindən işlədildiyini iddia edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.