FaktXeber.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən 1946-cı il təvəllüdlü Məxmər Çərkəz qızıYusubovanın cəsədi aşkar olunub. M.Yusubovanın cəsədi xilasedicilər tərəfindən aidiyyəti ürzə təhvil verilib.
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın saat 13:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin su quyusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1960-cı il təvəllüdlü kişi bir neçə gün əvvəl dərinliyi, təxminən, 20-22 m olan boş su quyusuna düşüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi quyudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Xaçmaz rayonu, Qaracəlli kəndində (rayon mərkəzindən 35 km aralı) ümumi sahəsi 50 kv.m olan məscidin tavanı 40 kv.m sahədə yanıb. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sabirabad rayonu, Surra kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan qarajın dam örtüyünün yanar konstruksiyaları yanıb. Qarajın qalan hissəsi və yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 22:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaradıblar.
Bakı şəhəri, Xətai rayonunda “VAZ” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü - 1986-cı il təvəllüdlü Miryusif Ələkbər oğlu Əhmədov hadisə yerində ölüb. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış M.Əhmədovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaradıb.
Quba rayonu, Xucbala kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 49 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb, tövlədə olan 1 baş iribuynuzlu heyvan tələf olub. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Nicat Xaliqoğlu