ÖZBƏKİSTAN PİLOTSUZ TƏYYARƏSİ QAZAXISTANIN HAVA SƏRHƏDLƏRİNİ POZUB
Qazaxıstanın XİN rəhbəri Altay Həbibullayev hazırda Qazaxıstan və Özbəkistan arasında uyğun danışıqlar getdiyini bildirib
22-02-2012 / 12:31
Faktxeber.com-un verdiyi məlumata görə, Özbəkistan pilotsuz təyyarəsi Qazaxıstanın hava sərhədlərini pozub.
Qazaxıstanın XİN rəhbəri Altay Həbibullayev hazırda Qazaxıstan və Özbəkistan arasında uyğun danışıqlar getdiyini bildirib.
Qazaxıstan Dövlət telekanalından verilən məlumata görə, uçuş apparatı Qazaxıstanın hava sahəsində 15 dəqiqəyə yaxın olub. HMQ-nə görünməməsinə səbəb isə onun çox aşağıdan uçması olub. Təyyarə iki sərhədyanı məntəqənin yanından uçaraq, qonşu dövlətin ərazisində gözdən itib.
Özbəkistan hökuməti isə hadisə ilə əlaqədar heç bir şərh verməyiblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.