XİN rəhbəri Kevin Radd baş nazir Culiya Gillard tərəfindən yetərincə dəstək görmədiyini bildirib
22-02-2012 / 12:24
Faktxeber.com-un verdiyi məlumata görə, Avstraliya XİN rəhbəri Kevin Radd istefaya verib.
O, bu qərarını baş nazir Culiya Gillard tərəfindən yetərincə dəstək görməməsiylə əlaqələndirib.
2007-2010-cu illərdə özü hökumət başçısı olan Radd Vaşinqton press-konfransda çıxış edərkən Leyborist həmkarlarına Kanberruya qayıtmaq haqqında gələcək planları barədə cari həftədə qərar verəcəyini bildirib.
Siyasətçinin tərəfdarları hesab edirlər ki, istefaya səbəb Radd ilə Gillard arasında siyasi ambisiyalardan yaranmış gərginlikdir. Belə ki, sorğu nəticələrinə görə, diplomatın 2013-cü il seçkilərində hökumət başına gəlmə ehtimalı var.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.