YƏMƏNDƏ ALTERNATİVSİZ SƏSVERMƏ GÜNÜ 9 İNSAN HƏLAK OLUB
Hüquqmühafizə orqanları ilə yerli sakinləri səsverməni baykot eləməyə çağıran silahlı qruplaşma üzvləri arasında iğtişaş baş verib
22-02-2012 / 12:12
Faktxeber.com-un verdiyi məlumata görə, Yəmənin cənubunda iki seçki məntəqəsində baş verən iğtişaş zamanı azı 9 nəfər həlak olub.
Onlar hüquqmühafizə orqanları ilə yerli sakinləri səsverməni baykot eləməyə çağıran silahlı qruplaşma üzvləri arasında baş verən iğtişaşın qurbanına çevriliblər.
Qeyd edək ki, Yəməndə alternativsiz «seçkilər» keçirilib. Dövlət başçısı vəzifəsinə yeganə namizəd Əbdu-Rəbbi Mənsur Hadi çoxsaylı etiraz aksiyalarından sonra istefaya gedən prezident Abdullah Salehi əvəz etməlidir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.