Venesuellanın dövlət telekanalında çıxış edən ölkə prezidenti Uqo Çaves bildirib ki, tibbi müayinə zamanı həkimlər onda xərçəng şişi aşkar ediblər
22-02-2012 / 11:59
Faktxeber.com-un verdiyi məlumata görə, Venesuella prezidenti Uqo Çavesi daha bir əməliyyat gözləyir.
Venesuellanın dövlət telekanalında çıxış edən Çaves bildirib ki, tibbi müayinə zamanı həkimlər onda xərçəng şişi aşkar ediblər.
Qeyd edək ki, 2012-ci il seçkilərində iştirak etmək istəyən Çaves ötən il də xərçəngə tutulmuşdu. Bununla əlaqədar olaraq o, Kubada və Venesuellada bir neçə müalicə kursu keçmişdi. Ötən ilin oktyabr ayında isə o, tamamilə sağaldığını elan etmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.