"DİLMANC" "109" MƏLUMAT XİDMƏTİNƏ İNTEQRASİYA OLUNACAQ
"Dilmanc" sistemi "109" informasiya bazasına inteqrasiya olunacaq
22-02-2012 / 11:56
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, hələlik bəzi texnoloji təkmilləşdirmələr aparılmalıdır. “109” xidməti bazasında olan müəssisə və təşkilatların bəzisinin adları qısaldılıb. Maşın tərəfindən bu adların oxunub tərcümə edilməsində problem var.
“Dilmanc”ın keyfiyyətli səslənmə və ədəbi tələffüz funksional sistemləri nitqin 90 faiz dəqiqliklə tanınmasına imkan verir. Səhv nəticələr müxtəlif regionlarda əhalinin nitqindəki dialekt fərqləri, eləcə də ara sözlərlə əlaqədardır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.