CƏNUBİ KOREYA ÇİNƏ MÜRACİƏT EDƏRƏK KXDR QAÇQINLARINI GERİ QAYTARMAMAĞA ÇAĞIRIB
Çin Şimali Koreyadan qaçan insanları geri qaytardığı təqdirdə, onları ölüm hökmü gözləyir
22-02-2012 / 11:23
Faktxeber.com-un verdiyi məlumata görə, Cənubi Koreyanın prezidenti Li Men Bak Çin hökumətinə müraciət edərək, beynəlxalq hüquqlara riayət edərək Şimali Koreyadan qaçanları geri qaytarmamağa çağırıb.
Cənubi Koreya lideri bildirib ki, qaçqınlar cinayətkar olmadığından onları öz vətənlərinə göndərmək düzgün deyil.
Qeyd edək ki, Çin KXDR-dan qaçan 30 şimali koreyalını geri göndərməyə hazırlaşır. Onları vətəndə, «xəyanətə görə» ölüm hökmü gözləyir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.