YANVAR AYINDA RUSİYADAN 11 MİLYARD DOLLAR NAĞD PUL ÇIXARILIB
Bu barədə Rusiya Mərkəz Bankının rəhbər köməkçisi Aleksey Ulyukayev açıqlama verib
22-02-2012 / 11:20
FaktXeber.com-un verdiyi məlumata görə, iqtisadiyyat nazirinin köməkçisi Andrey Klepaçın açıqladığı nağd çıxış rəqəmi 17 milyard dollar olsa da, yenə də ötən ilə nisbətən yüksək olması narahatlıq yaradır.
Qeyd edək ki, 2011-ci ilin son rübündə 37,4 milyard dollara çatan nağd çıxışı isə ümumilikdə il ərzində 84,2 milyard dollara çatmışdı. Rusiyada mövcud siyasi gərginlik, Avropa bazarlarında davam edən borc böhranı Rusiya iqtisadiyyatında da mənfi təsirlərin yaranmasına səbəb olub.
2010-cu ildə bu rəqəm 33,6 milyard, 2009-da isə 56,1 milyard dollar olmuşdu. 2008-də böhrana görə 133,7 milyard dollara qalxmışdı.
Rusiya İqtisadiyyat Nazirliyi 2012-ci il üçün nağd çıxış təxminlərini 35 milyard dollar olaraq açıqlayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.