NATO ƏSGƏRLƏRİ ƏFQANISTANDA QURAN NÜSXƏSİNİ YANDIRIBLAR (foto, video)
Bununla əlaqədar olaraq artıq iki gündür ki, "Bəhram" aviabazasının qarşısında yüzlərlə əfqanıstanlı etiraz aksiyaları həyata keçirir
22-02-2012 / 11:00
Faktxeber.com-un verdiyi məlumata görə, Əfqanıstanda artıq ikinci gündür ki, «Bəhram» aviabazasında beynəlxalq koalisiya qüvvələrinin Quran nüsxəsini yandırmasına qarşı etiraz aksiyaları davam edir.
Yüzlərlə insan bu gün Kabildə və Cəlilabadda yenidən küçələrə çıxaraq anti-amerika şüarları səsləndirib və polisləri daş atıblar.
Qeyd edək ki, Əfqanıstanda Amerika qüvvələrinə rəhbərlik edən general Con Allen baş verənlərə görə, ölkə prezidentindən, hökumətdən və bütün xalqdan üzr istəyib.
Bundan əlavə, general hadisə ilə əlaqədar tam araşdırılması haqqında göstəriş verib.
Qeyd edək ki, «Frans-press» agentliyinin fotoqrafı aviabazanın mühafizəçisinin etiraz üçün yığışan kütləyə rezin güllələrdən atəş açdığını gördüyünü bildirmişdi. Bu zaman insanlar «Allahu Əkbər» şüarının səsləndirirdilər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.