“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi fevralın 23-də Zabrat qəsəbəsində yerləşən 71 saylı orta məktəbdə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirəcək.
FaktXeber.com-un verdiyi məlumata görə, tədbirin məqsədi məktəblilərə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən olan Xocalı faciəsi haqqında ətraflı məlumat verməkdir. Bu haqda Miras İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və birliyin digər üzvləri danışacaq.
Məktəbin tarix müəllimi, Miras İB-nin üzvü Solmaz xanım Quliyevanın təşəbbüsü ilə təşkil olinan tədbirdə məktəblilərin özləri də çıxış edəcəklər.
Sonda tədbir iştirakçılarına Miras İB-nin istehsalı olan “Xocalı vaxtı” filmi nümayiş olunacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.