Tatyana Sidorova, onun 73 yaşlı həyat yoldaşı, 28 yaşlı oğlu və 64 yaşlı təqaüdçü bacısının yaşadığı evdə polislər tam qarışıqlıq olduğunu görüblər, həmçinin qan izinə rast gəliblər
22-02-2012 / 10:25
Faktxeber.com-un verdiyi məlumata görə, Moskvada Ramenskiy rayonunun deputatı Tatyana Sidorova və onun ailə üzvlərinin itkin düşməsi barədə cinayət işi qaldırılıb.
Cinayət işi «qətl» və «insan oğurluğu» maddəsi ilə qaldırılıb.
Deputatın yoxa çığdığını fevralın 21-də rayon administrasiyasının müavini deyib.
Tatyana Sidorovanın yaşadığı evdə polislər tam qarışıqlıq olduğunu görüblər, həmçinin qan izinə rast gəliblər.
Deputatdan əlavə, həmçinin 73 yaşlı həyat yoldaşı, 28 yaşlı oğlu və 64 yaşlı təqaüdçü bacısı da yoxa çıxıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.