Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin su quyusunda köməksiz vəziyyətdə qalması barədə Nazirliyin "Qaynar xətt"inə məlumat daxil olub. Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1960-cı il təvəllüdlü kişi bir neçə gün əvvəl dərinliyi, təxminən, 20-22 m olan boş su quyusuna düşübmüş. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.