Fransanın keçmiş radikal sağçı partiya lideri olan Le Pen, beynəlxalq axtarışda olduğu vaxt Bosniya serblərinin lideri ilə görüşübmüş
21-02-2012 / 18:34
FaktXeber.com-un verdiyi məlumata görə, Jean Marie Le Pen, beynəlxalq axtarışda olduğu vaxt Bosniya serblərinin keçmiş lideri Radovan Karaciç ilə görüşdüyünü etiraf edib.
Fransız ''İ-Tele'' televiziya kanalının suallarını cavablandıran Le Pen, keçmiş mühafizəçisi Thierry Legierin son kitabında sözügedən mövzu ilə bağlı yazılmış iddiaları təsdiqləyib.
Le Pen, ''mənim müharibə cinayətkarlarını tutmaq səlahiyyətim yoxdur. Mən bir yerə getdiyim vaxt birbaşa məlumatlandırılmaq istəyərəm. Karaciç ilə görüşmək mənim üçün məlumatları birbaşa birinci ağızdan eşitmək məqsədiylə həyata keçirilib'', - deyərək özünü müdafiə edib.
Xatırladaq ki, 1992-1995-ci illərdəki fəaliyyətlərinə görə uzun müddət müharibə cinayətkarı kimi axtarılan Karaciç, 2008-ci ildə Belqradda həbs olunmuşdu. Karaciçin Laheydəki beynəlxalq müharibə cinayətkarları məhkəməsindəki prosesi 2009-cu ildə başlamışdı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.